“Azpetrol”dan sürücülərin aldadılması iddialarına cavab |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 25-01-2016, 15:18 | Şərh sayı: (0) | Baxılıb: 236
“Azpetrol”dan sürücülərin aldadılması iddialarına cavab
“Azpetrol” şirkəti sürücülərin aldadılması iddialarına münasibət bildirib.
Şirkətdən Musavat.com-a verilən məlumata görə, son vaxtlar bəzi KİV-də avtomobil sahiblərinin yanacaqdoldurma məntəqələrində onlara operatorlar tərəfindən yanacağın düzgün vurulmaması barədə şikayətlərinə rast gəlinir: “Bu kimi hallar “Azpetrol” şirkətinin yanacaqdoldurma məntəqələrində də baş verməsi barədə məlumatlar gedir. Bəzi saytlar buna qərəzli yanaşaraq şirkətin nüfuzuna qəsdən xələl gəlməsinə və şirkət haqqında yanlış fikir formalaşdırmağa çalışırlar. Biz 06.01.2016 il tarixdə mətbuata yaydığımız açıqlamada yanacağın müştərilərin avtomobilinə düzgün vurulmamasına və ya yanacaq çəninə artıq yanacaq vurulması barədə şikayətlərə aydınlıq gətirmişdik. Bir daha istehlakçıların nəzərinə çatdırırıq ki, hər bir avtomobilin yanacaq çəninin tutumu göstərilən ölçüyə (xəttə) qədər olan məsafə nəzərdə tutulur. Müştəri yanacaq çəninin tam doldurulmasını sifariş edərkən həmin ölçüdən (xəttdən) yuxarı hissəyə qədər, yəni çənin boğazına kimi dolmasını istəyir. Təbiidir ki, bu da yanacaq çəninin normadan artıq yanacaq tutmasına səbəb olur. Məsələn, xarici avtomobillərinin markasından asılı olaraq yanacaq çəninə normadan artıq, yəni boğazına qədər daha 6-9 litr əlavə yanacaq vurmaq mümkündür. Sovet maşınlarına, xüsusən “VAZ-2107” markalı avtomobilinə isə normadan artıq 4 litr yanacaq vurmaq mümkündür. Müştərilər yanacağın düzgün vurulmamasından narazı qaldığı halda, həmin məntəqənin direktoru tərəfindən müştəriyə operator tərəfindən nə qədər yanacaq vurulmasını məntəqədəki xüsusi ölçmə cihazı (menzurka) vasitəsilə yoxlanılır. Bu zaman əksər hallarda istehlakçının haqsız olduğu ortaya çıxır”.
Şirkətin açıqlamasında deyilir ki, ölçmə cihazlarında heç bir səhv ola bilməz: “Çünki həmin cihazlar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək möhürlənir. Bu ölçmə cihazları yeni rəqəmsal avtomatlaşdırılmış qaydada idarə olunur. Ona görə də bu cihazlara müdaxilə etmək qeyri-mümkündür. Dünyada ən düzgün və dəqiq ölçmə cihazları Yaponiyanın “Tatsuno” və Türkiyənin “Petposan” şirkətləri tərəfindən istehsal olunmuş ölçmə cihazlarıdır. Bizim Şirkətin də yanacaqdoldurma məntəqələrində istifadə etdiyi cihazlar yuxarıda qeyd olunan şirkətlər tərəfindən istehsal olunmuş cihazlardır. Bu cihazlar dünyanın ən müasir ölçmə cihazları hesab olunur və cihazların səhv etmək ehtimalı 0-a bərabərdir”.
Açıqlamada vurğulanır ki, müştərilərə qarşı işçilərin hər hansı səhv və ya kobud hərəkətinə görə şirkət rəhbərliyi tərəfindən ciddi tədbirlər görülür.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər