Ali Məhkəmədə baxılan işlərin sayı artıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 22-01-2016, 22:57 | Şərh sayı: (0) | Baxılıb: 265
Ali Məhkəmədə baxılan işlərin sayı artıb
Ali Məhkəmənin mülki, inzibati-iqtisadi və cinayət kollegiyalarında 2015-ci ildə baxılmış işlərin sayı artıb.
APA-nın məlumatına görə, bu barədə Ali Məhkəmənin bu gün keçirilən plenum iclasında bildirilib. Qeyd edilib ki, mülki kollegiyada baxılan işlərin sayı 2014-cü illə müqayisədə 15,2 faiz, inzibati-iqtisadi kollegiyada 3,7 faiz, cinayət kollegiyasında 1,6 faiz artıb. Hərbi kollegiyada isə baxılan işlərin sayı 17,2 faiz azalıb.
Ümumiyyətlə, Ali Məhkəmədə 2014-cü ildə 8668 işə baxılmışdırsa, 2015-ci ildə bu rəqəm 9404 olub, yəni 8,5 faiz artıb. Baxılan işlərin sayının artmasına baxmayaraq, ləğv olunan məhkəmə qərarlarının sayı 0,4 faiz azalıb.
2015-ci ildə Ali Məhkəmədə vətəndaşların ərizə və şikayətlərinə, digər müraciətlərinə baxılmasına, onlara hüquqi cəhətdən əsaslı və düzgün cavab verilməsinə diqqət artırılıb. Ali Məhkəmənin plenumunun 2015-ci ildə 5 iclası keçirilib, 12 qərar qəbul edilib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər