Azərbaycan ərazisi ilə tranzit daşımalar artıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 30-12-2015, 20:18 | Şərh sayı: (0) | Baxılıb: 344
Azərbaycan ərazisi ilə tranzit daşımalar artıb
"Azərbaycan Dəmir Yolları" QSC 2015-ci ildə təqribən 17 milyon ton yük daşıyıb.
Trend-in məlumatına görə, bunu jurnalistlərə QSC-nin sədri Cavid Qurbanov deyib.
Onun sözlərinə görə, bu həcm bir qədər azalıb, lakin azalma daxili daşımalar hesabına baş verib: "Beynəlxalq tranzit daşımalar isə artır. Hazırda Türkmənistan və Qazaxıstandan yükdaşımalar, eləcə də Azərbaycan ərazisi ilə tranzit daşımaların həcmində 10 faiz artım müşahidə edilir".
C.Qurbanov qeyd edib ki, Transxəzər marşrutunun üçüncü konteyner qatarı artıq Batumiyə gəlib: "Onun yolu Cənubi Koreyadan başlayıb və qatar cəmi 8 günə Tbilisiyə gəlib. Ötən il Çindən Avropaya 250 milyard dollardan artıq məbləğdə konteyner daşımaları həyata keçirilib, bu isə çox böyük yük axınıdır. Biz bu yük axınını Azərbaycan ərazisi və Gürcüstanın Poti, Batumi limanları vasitəsilə Qara dənizin Varna, Odessa, Konstansa, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu üzrə Türkiyəyə çıxarmaq üzərində işləyirik".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər