ABŞ-da Məhəmmədlərin sayı 100 dəfə artıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 7-01-2016, 19:34 | Şərh sayı: (0) | Baxılıb: 260
ABŞ-da Məhəmmədlərin sayı 100 dəfə artıb
Doğulandan sonra Məhəmməd adı verilən uşaqların sayı son 50 ildə ABŞ-da 100 dəfə artıb.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 1964-cü ildə Birləşmiş Ştatlarda anadan olmuş uşaqlardan yalnız 24-nə Allahın Rəsulunun (s.ə.s) adı verilmişdi. 10 il sonra belə uşaqların sayı 142, daha 10 il sonra isə 571 olub.
Ekspertlərin dediklərinə görə, 2001-ci ildə 2222 uşağa Məhəmməd adı verilmişdisə, 2004-cü ildə belə uşaqların sayı 1816 nəfər olub. Səbəb 2001-ci ildə "Əl Qaida"nın ABŞ-da törətdiyi məşum terror aktları idi. Həmin teraktlarda 2977 dinc insan həlak olmuşdu.
Lakin sonradan ABŞ-da antimüsəlman isteriyası bir qədər səngiyəndə uşaqlara Məhəmməd adı verilməsi prosesi sürətlənib. Ötən il Birləşmiş Ştatlarda 2931 uşağa Məhəmməd adı qoyulub.
Bu adın "Mahmud", "Mehmet", "Mohammed", "Mohammad" və s. kimi 13 müxtəlif variasiyası var.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər