Ötən il baş verən yol-nəqliyyat hadisələrində ölənlərin sayı açıqlanıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 16-01-2016, 21:37 | Şərh sayı: (0) | Baxılıb: 266
Ötən il baş verən yol-nəqliyyat hadisələrində ölənlərin sayı açıqlanıb
"Ötən il ərzində Azərbaycanda 2 220 yol-nəqliyyat hadisəsi (YNH) qeydə alınıb. Nəticədə 894 nəfər həlak olub, 2 265 nəfər yaralanıb".
"Report" xəbər verir ki, bunu 2015-ci ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunan müşavirədə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov deyib.
Onun sözlərinə görə, 2014-cü illə müqayisədə keçən il yol-nəqliyyat hadisələrinin sayı 15,7 faiz, həlak olanların sayı 20,5 faiz, yaralananların sayı isə 15,4 faiz azalıb: "Ölkə üzrə qeydə alınan YNH-lərin 94,5 faizi (2098) sürücülərin yol hərəkəti qaydalarını pozmaları, o cümlədən 36,9 faizi (821) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 27,4 faizi (609) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 9,5 faizi (212) yolayrıclarını keçmə qaydalarının pozulması, 2,4 faizi (53) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib".
O qeyd edib ki, hadisələrin 41,6 faizini (923) piyadaların vurulması təşkil edib, nəticədə 333 piyada həlak olub, 673-ü yaralanıb: "Piyadaların yol hərəkəti qaydalarını pozmaları nəticəsində 65 yol-nəqliyyat hadisəsi baş verib".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər