2016-cı ilin ilk günündə dünya əhalisinin sayı 7,3 milyarda yaxın olacaq |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 1-01-2016, 19:40 | Şərh sayı: (0) | Baxılıb: 329
2016-cı ilin ilk günündə dünya əhalisinin sayı 7,3 milyarda yaxın olacaq
Yeni ilin ilk günündə Yer kürəsinin əhalisi 7,3 milyarda yaxınlaşacaq.
İxlas.az-ın APA-ya istinadən verdiyi məlumata görə, yanvarın 1-i üçün dünya əhalisinin sayı 7 milyard 295 milyon 889 min 256 nəfər təşkil edəcək.
Ötən Yeni illə müqayisədə artım 78 milyon nəfər və ya 1,08 faiz təşkil edir.
Hazırda əhalinin sayına görə Çin birinci (1,367 milyard), Hindistan ikinci (1,252 milyard), ABŞ isə üçüncü (322 milyon 762 min) yerdədir. İlk onluğa həmçinin İndoneziya, Braziliya, Pakistan, Nigeriya, Banqladeş, Rusiya və Yaponiya daxildir.
Qeyd edək ki, dünya əhalisinin sayı 7 milyardı 2012-ci ildə keçmişdi.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər