“İndependent”dən ilginc iddia: “İŞİD dövlət qurumlarına sızıb” |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 21-01-2016, 22:06 | Şərh sayı: (0) | Baxılıb: 270
“İndependent”dən ilginc iddia: “İŞİD dövlət qurumlarına sızıb”
“İndependent” qəzetinin təcrübəli Orta Şərq müxbiri Robert Fisk ilginc iddia ilə çıxış edib. O, öz məqaləsində “Türkiyədə İŞİD-in bəzi funksionerləri dövlət idarələrinə sızmış kimi görünür” deyə yazıb.
Cebhe.info xəbər verir ki, “İndependent” qəzetinin müxbiri Robert Fisk bugünkü yazısında islamçıların Pakistanda köhnə müttəfiqlərinə arxa çevirməsinin Türkiyə üçün də bir xəbərdarlıq olduğunu bildirib. Rober Fisk həmçinin Türkiyədə İŞİD-in dövlətin bəzi qurumlarına sızdığını iddia edib.
Fisk “Vəziyyət Pakistanın baş nazir Nəvaz Şərifin iddia etdiyi kimi terrorizmi məhv etməkdən çox uzaq olduğunu göstərir və Şərifdən daha çox qürurlu olan Rəcəb Tayyib Ərdoğan üçün də bir işarədir” deyə yazıb.
“Türkiyə, Suriyadan gələn əcnəbi döyüşçülərin və qaçaqmalçıların sərhədlərini bir kanal olaraq istifadə etməsinə icazə verib. Eynilə Sovetlər Birliyinin Əfqanıstanı 1979-cu ildə işğal etməsinin ardından Pakistanın etdiyi kimi. İndi isə eynilə Pakistan kimi Türkiyə də insanlarına qarşı şiddətli hücumlara məruz qalır” deyə müxbir qeyd edib.
“İndependent” müxbirinin fikrincə, Ərdoğan hökuməti eynilə Pakistan prezidenti Ziyaül Hakın 1970-ci illərdə etdiyi kimi islami xarakterini daha çox ön plana çıxardığını ifadə edir.
Fisk yazısında aşağıdakıları qeyd edib: “Pakistanın güclü kəşfiyyat xidmətləri Sovetlər Birliyi ilə döyüşən mücahidlərə silah göndərdilər, daha sonra da “Taliban”la əməkdaşlıq etdilər. Taliban, Pakistan ordusuna və kəşfiyyat təşkilatlarına sızmayı bacardı. İndi isə Türkiyədə İŞİD-in bəzi ünsürləri dövlətin qurumlarına sızmış kimi görünür ...”
“Navaz Şərif Pakistanın “terror bəlasını” yox etmək üçün birləşdiyini deyir. Türkiyə isə Rusiya ilə Amerika arasında Suriya üzündən öz “soyuq müharibəsinə” girişmiş vəziyyətdə və eynilə Pakistan kimi eyni təhlükəli kartlarla oynayır”.
“Türklərin əlindəki kart kürdlərdir, amma öz terrorizm “bəlalarının” həm İŞİD-i, həm də kürdləri ehtiva etdiyini iddia edirlər. İki silahlı qrupla eyni anda mübarizə aparmaq isə düşüncəsizcə alınmış bir qərardır”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər