Türkiyə Suriya və İraqdakı İŞİD hədəflərini vurdu |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 14-01-2016, 22:21 | Şərh sayı: (0) | Baxılıb: 268
Türkiyə Suriya və İraqdakı İŞİD hədəflərini vurdu
Baş nazirdən sərt bəyanat: “Türkiyənin qonaqlarına yönələcək hər bir təhdid cəzalandırılacaq”
Türkiyənin baş naziri Əhməd Davudoğlu Sultahahmetdə baş verən terror aktından sonra Suriya və İraqdakı İŞİD hədəflərinin vurulduğunu açıqlayıb.
“Hürriyet” qəzetinin xəbərinə görə, son 48 saat içində bu iki ölkədəki İŞİD hədəflərinə Türkiyədən 500-ə yaxın top və tank atışlarıyla hücum edildiyini deyib.
Baş nazir Ankaradakı səfirlərin toplantısında verdiyi açıqlamada bildirb ki, İraq və Suriya sərhədləri boyunca İŞİD hədəfləri vurulub: “Türkiyəyə yönələn hər təhdidə cavab verəcəyik. Bu xain terror olayının DEAŞ tərəfindən həyata keçirildiyi sübut olunub. Bunun ardınca 48 saat içində Türk Silahlı Qüvvətlərinə verdiyimiz təlimatla Suriya və İraqdakı hədəflərə 500-ə yaxın top və tank atışı ilə cavab atəşi verilib”.
Terror təşkilatı İŞİD-in liderlərinin hədəf alındığını deyən Ə.Davudoğlu Sultanahmetdəki terror hadisəsinə də toxunub: “Türkiyənin qonaqlarına yönələcək hər bir təhdid cəzalandırılacaq”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər