İŞİD silahlılarının maaşı azaldıldı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 18-01-2016, 17:27 | Şərh sayı: (0) | Baxılıb: 316
İŞİD silahlılarının maaşı azaldıldı

“İraq Şam İslam Dövləti” terror təşkilatı üzvlərinin maaşları iki dəfə azaldılıb. Show.az xəbər verir ki, məlumatı “The Independent” nəşri terror təşkilatının “xəzinəsi”nə istinadə yayıb.
“İŞİD-in üzləşdiyi şəraitlə əlaqədar mücahidlərə verilən maaşların iki dəfə azaldılması barədə qərar qəbul edilib. Bu qərar tutduğu vəzifədən asılı olmayaraq hər kəsə aiddir”, - “xəzinə”nin sənədində deyilir. Ayda iki dəfə ərzaq paylanılması isə qüvvədə saxlanılıb.
Qeyd edək ki, yanvarın 11-də ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya İŞİD İraqdakı pul saxladığı obyektlərə zərbələr endirib. Nəticədə yeraltı bunker və orada saxlanılan əskinaslar məhv edilib. İlkin hesablamalara görə, hava zərbələri nəticəsində İŞİD-ə milyonlarla dollar ziyan dəyib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər