"İŞİD-ə qarşı planlaşdırdığımız hava əməliyyatları bir çox ölkələri narahat edir" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 14-01-2016, 08:06 | Şərh sayı: (0) | Baxılıb: 277
"İŞİD-ə qarşı planlaşdırdığımız hava əməliyyatları bir çox ölkələri narahat edir"

Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu açıqlama ilə Türkiyənin baş naziri Əhməd Davudoğlu çıxış edib. Davudoğlu Suriyada çirkli oyunların oynanıldığına diqqət çəkərək kəşfiyyat məlumatlarını bölüşüb: "Rusiya İŞİD-ə qarşı mübarizə görüntüsü adı altında, oradakı dinc xalqı və müxalifəti cəzalandıraraq İŞİD-ə sahə açmağı düşünməsin. Bir kəşfiyyat məlumatı bölüşmək istəyirəm. Bu məlumat bütün əlaqələri üzə çıxarır. Bilirsiniz ki, son günlər Suriya sərhədinə yaxın bölgələrdə Suriya müxalifətinin İŞİD-ə qarşı əməliyyatları başladı, bəzi bəlgələr İŞİD-dən azad edildi. Bundan sonra Əsəd rejimi Dəməşqə yaxın cənub bölgələrdəki İŞİD liderləri ilə razılıq əldə ediblər. Əsəd rejiminə məxsus avtobuslar İŞİD-çiləri Suriyanın şimal hissəsinə daşıyıb. Bu gün Suriyada çox çirkli iş birliklərinin şahidi oluruq".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər