Rusiya ilə Türkiyə arasında mandarin qalmaqalı... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 21-01-2016, 15:58 | Şərh sayı: (0) | Baxılıb: 244
Rusiya ilə Türkiyə arasında mandarin qalmaqalı...
Mandarinlərin üzərindəki etiket Putini qəzəbləndirdi?
Rusiya ilə Türkiyə arasında növbəti gərginlik mandarinə görə yaranıb.
Musavat.com Türkiyənin habertürk.com saytına istinadən xəbər verir ki, Rusiya Türkiyədən gələn mandarinlərin üzərindəki “Uçak” etiketini “aşağılayıcı” hesab edərək, geri yollayıb. Bəzi məhsullar isə elə Rusiyada məhv edilib.
Rusiya bu günə qədər dəfələrlə mal aldığı “Uçak” firmasının mandarinlərinin üzərinə vurduğu etiketə bu dəfə qəzəblənib və onları “çoxmənalı”, “aşağılayıcı” və “özəl mesaj daşıyıcı” adlandırıb. Tonlarla mandarin Türkiyəyə geri göndərilib. Bəzi məhsullar isə Rusiyadakı topdan satış məntəqələrindən yığışdırılaraq, məhv edilib.
“Uçak Kardeşler” firmasının rəhbəri Hayrettin Uçak bildirib ki, 1 yanvardan etibarən icazə verilən məhsulların xaricində Rusiyaya hər hansı mal göndərməyə cəsarət etmirlər: “Başqa bazarlara yönəlirik. İsrailə, bəzi Avropa ölkələrinə yüksək miqdarda mal göndəririk. Rusiyaya minnət etməyəcəyik. Onlara möhtac olmadığımızı göstərəcəyik”.
H.Uçakın dediklərinə görə, kirzdən əvvəl illik 300 milyon dollar həcmində ixracatları olub. Hazırda isə bunun həcmi 40 faiz azalıb. Rusiyaya yönələn ixracat isə 10 faizə düşüb, qalan 90 faiz isə başqa ölkələrə göndərilir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər