948 kq kartof və 8945 ton buğda satışdan çıxarıldı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 20-01-2016, 19:59 | Şərh sayı: (0) | Baxılıb: 536
948 kq kartof və 8945 ton buğda satışdan çıxarıldı
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti ölkəyə gətirilən kartofun keyfiyyəti ilə bağlı açıqlama yayıb.
Nəzarət Xidmətindən Virtualaz.org saytına verilən məlumatda deyilir ki, ötən il Azərbaycana 120.799 ton kartof idxal olunub. Bunun 19.857 tonu ərzaq kartofu, 942 tonu isə toxumluq kartofdur. Ölkəyə yalnız Azərbaycanın dövlət reyestrlərinə daxil edilmiş və istehsalatda istifadəsinə icazə verilmiş kartof sortları (Radomışlskiy, Ukrainskiy rozovıy, Nevski, Meçta, İdeal, Temp Laymdota, Filea, Solara, Nora, Aqriya, Lanra, Marabel, Mona Liza, Spinta, Arinda, İmpala və s.) gətirilir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinə texniki və yemlik kartof sortlarının idxalı ilə əlaqədar heç bir müraciət daxil olmayıb.
İdxal olunan kartofda insan sağlamlığı üçün təhlükəli maddələrin - nitrat və nitridlərin, pestisidlərin, bəzi hallarda isə ağır metalların miqdarı yoxlanılır. Ölkəyə daxil olan hər yük partiyasından nümunələr analiz üçün Dövlət Xidmətinin Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzinə gətirilir və müvafiq laboratoriyalarda analizlər aparılır. 2015-ci ildə idxal olunan kartof məhsullarında nitrat və nitritlərin miqdarı yol verilən həddən aşağı olub, pestisidlər və ağır metallarla bağlı təhlükəli hallar qeydə alınmayıb.
Cari ildə müfəttişlər tərəfindən istehlak bazarında həyata keçirilən baxış zamanı 948 kq kartof məhsulunun göstəriciləri standartlarına uyğun gəlmədiyi üçün məhv edilərək, dövriyyədən çıxarılıb.
4-cü, 5-ci sinif buğdanın Azərbaycana inhisarçılar tərəfindən ərzaq buğdası kimi idxal edildiyi və çörəkbişirmədə istifadə olunduğuna dair məlumatlara gəldikdə isə, Azərbaycana ancaq birinci, ikinci və üçüncü siniflərə aid olan yumşaq və bərk buğda gətirilir. Dördüncü və beşinci (qeyri-ərzaq məqsədilə) siniflərə aid buğdanın ölkəyə idxalı ilə bağlı Dövlət Xidmətinə müraciət olunmayıb.
İdxal olunan ərzaqlıq buğdanın hər yük partiyasınınkeyfiyyət göstəricilərinə Dövlət Xidmətinin Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzinin laboratoriyalarında analizlər aparmaqla nəzarət edilir. Ötən il ərzində pestisidlərin qalıq miqdarının, ağır metalların və mikotoksinlərin müəyyən edilməsi üçün buğda məhsulu nümunələri üzərində aparılan analizlər zamanı keyfiyyətlə bağlı narahatlıq doğuran hallar qeydə alınmayıb.
Dövlət Xidmətinin Respublika Karantin Ekspertiza Mərkəzinin müvafiq laboratoriyalarında idxal edilən buğda məhsulları karantin nöqteyi-nəzərindən ekspertiza edilib. Ekspertiza zamanı karantin tətbiq edilən və xüsusi təhlükəli zərərvericilər aşkar edildiyi üçün 8945 ton buğda və 5938 ton arpa məhsulu beynəlxalq standartlara uyğun şəkildə fumiqasiya edilərək zərərsizləşdirilib.
İdxal edilmiş buğda və un məhsullarından götürülmüş nümunələrin ekspertizası zamanı 2015-ci ildə 71 halda zərərli orqanizmlər aşkar edilib və müvafiq fitosanitar tədbirlər həyata keçirilib.
Qeyd edək ki, kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov ölkəyə emal məqsədilə idxal olunan texniki və yemlik sort kartofun istehlak bazarına çıxarıldığını, texniki və yemlik sort kartofun ərzaq kartofu kimi əhaliyə 20 dəfə bahasına satıldığını söyləyib.
Ekspert başqa ölkələrdə, əsasən heyvandarlıqda yem kimi istifadə olunan 4-cü və 5-ci sinif buğdanın Azərbaycana inhisarçılar tərəfindən ərzaq buğdası kimi idxal edildiyi, çörəkbişirmədə istifadə olunduğuna dair açıqlama vermişdi.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər