Kolbasa sexləri yoxlanıldı: Sağlamlıq üçün təhlükəli ətlər aşkarlandı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 14-01-2016, 21:56 | Şərh sayı: (0) | Baxılıb: 300
Kolbasa sexləri yoxlanıldı: Sağlamlıq üçün təhlükəli ətlər aşkarlandı
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq massivində yerləşən “Zirvə” kolbasa məmulatları sexində yoxlama aparıb.
Yoxlama zamanı mənşəyi məlum olmayan, qida üçün keyfiyyəti və yararlığı şübhə doğuran, haradan alınması və sağlamlığı barədə baytarlıq arayışı olmayan 675 kq toyuq farşı, 200 kq heyvan mənşəli farş, 450 kq toyuq filesi, 120 kq toyuq budu, 780 kq sümüksüz toyuq əti, 450 kq qarışıq toyuq əti, 49 kq toyuq qanadı aşkar olunub.
Bu barədə virtualaz.org saytına Baytarlıq xidmətindən məlumat veriblər.
Xəbərdə deyilir ki, mənşəyi məlum olmayan, sağlamlığı şübhə doğuran məhsullar Respublika Baytarlıq Laboratoriyasına təqdim olunub.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti kolbasa sexlərində, ət qəbul məntəqələrində reydlər keçiriləcəyi ilə bağlı xəbərdarlıq edib .
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər