Gömrük Komitəsindən “texniki kartof” açıqlaması |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 19-01-2016, 21:08 | Şərh sayı: (0) | Baxılıb: 282
Gömrük Komitəsindən “texniki kartof” açıqlaması
Dövlət Gömrük Komitəsi son günlər bəzi kütləvi informasiya vasitələri Azərbaycana emal məqsədi ilə gətirilən və heyvanlara yem üçün nəzərdə tutulan kartofun bazarlarda insalara satılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Komitədən Musavat.com-a daxil olan məlumatda deyilir: “Son günlər bir sıra kütləvi informasiya vasitələrində texniki təyinatlı və heyvandarlıqda yem kimi istifadə olunan kartof, buğda məhsullarının ölkəyə gətirilməsi və qida məhsulu kimi əhaliyə satılması barədə məlumatlar yayılır. Yayılan məlumatlarda o da vurğulanır ki, bu məhsullar qanunvericilikdə nəzərdə tutulan sertifikatlar və müvafiq sənədlər olmadan idxal olunur.
Dövlət Gömrük Komitəsi bildirir ki, səsləndirilən bu kimi fikirlərin heç bir əsası yoxdur. Belə ki, ölkəyə idxal olunan bütün ərzaq məhsulları qanunvericiliklə müəyyən edilən sertifikatlar və müvafiq mal müşayiət sənədləri ilə təmin olunur. Bu qəbildən olan malları gömrük sərhədindən keçirilmək istəyən fiziki və hüquqi şəxslər Kənd Təsərrüfatı Nazirliyinin idxal karantin icazə məktubunu, Səhiyyə Nazirliyinin gigiyenik sertifikatını gömrük orqanına təqdim edir, daha sonra isə gömrük-sərhəd buraxılış məntəqəsində bitki karantin xidməti şöbəsinin əməkdaşları mallara vizual baxış keçirir. Onu da qeyd edək ki, gigiyenik sertifikat idxal olunması nəzərdə tutulan məhsullar labarator müayinədən keçirildikdən sonra verilir. Əks halda sənədləri qanunvericiliyin tələblərinə cavab verməyən istənilən mal ölkə ərazisinə buraxılmır”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər