4 tona yaxın mənşəyi məlum olmayan ət aşkarlanıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-01-2016, 23:32 | Şərh sayı: (0) | Baxılıb: 318
4 tona yaxın mənşəyi məlum olmayan ət aşkarlanıb

Reyd nəticəsində 4 tona yaxın mənşəyi məlum olmayan, qida üçün keyfiyyəti və yararlığı şübhə doğuran heyvan cəmdəkləri, xeyli miqdarda sümükdən ayrılmış ət, heyvan sümükləri və skeletləri aşkar olunub.
Mənşəyi məlum olmayan həmin heyvan cəmdəklərindən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək və tədbirlər görüləcək.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, mənşəyi məlum olmayan, keyfiyyəti şübhə doğuran, insan qidası və sağlamlığı üçün yararsız və təhlükəli olan heyvandarlıq məhsullarının emalının və satışının qarşısı qətiyyətlə alınacaq və bu işlə məşğul olan vətəndaşlar barəsində ciddi inzibati tədbirlər görüləcək.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər