Ölkə ərazisində fitosanitar vəziyyət nə yerdədir? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-12-2015, 23:45 | Şərh sayı: (0) | Baxılıb: 209
Ölkə ərazisində fitosanitar vəziyyət nə yerdədir?
Milli.Az bildirir ki, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev ölkə ərazisindəki mövcud fitosanitar vəziyyətlə bağlı Kəpəz TV-nin (Region TV) efirində yayımlanan "Aqronom"un suallarına aydınlıq gətirib.
Camal Quliyev - Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi: "Ölkə ərazisində mütəmadi olaraq fitosanitar monitorinqlər və nəticələrə əsasən bitki mühafizəsi tədbirləri həyata keçirilir.
Ümumilikdə bu il kənd təsərrüfatı ili üçün məhsuldar il idi, məhsuldarlıq bir çox sahələrdə əvvəlki illərdən qat-qat artıq olmuşdur.
Mətbuatda tez-tez bitkilərin ölçülərinə, uzun müddət qalmalarına, çürüksüz olmalarına görə GMO olmaları ehtimal olunur. Bu, tamamilə yanlış fikirdir. Bu gun dünya təcrübəsində bütün genetiklər beynəlxalq ticarətdə daşınma və saxlanmaya daha davamlı sortlar yaratmağa çalışırlar. Laboratoriya da olmadan bunu müəyyənləşdirmək mümkün deyil. Genetik modifikasiya olunmuş bitkilərin siyahısı var. Buna həm Dövlət Fitosanitar Nəzarəti Xidməti, həm də Dövlət Gömrük Komitəsi nəzarət edir. Bu cür məhsullar icazə kağızı olmadan da ölkəyə daxil ola bilməzlər".
Mövzu ilə bağlı suallarımızı cavablandıran müsahibimiz açıqlamaları çərçivəsində həmçinin, ölkəyə idxal olunan gübrələrin keyfiyyət göstəriciləri, fermerlərin gübrələrin tətbiqində yol verdikləri yanlışlıqlar, əkin sahələrində ziyanvericilərə qarşı mübarizə tədbirlərinin aparılmasından və s. bəhs edib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər