“Bu çörəklər mədə-bağırsaq problemi yaradır” - Ekspert |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 19-01-2016, 19:38 | Şərh sayı: (0) | Baxılıb: 314
“Bu çörəklər mədə-bağırsaq problemi yaradır” - Ekspert

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsi məlumat yayaraq, ekspertin dediklərinin həqiqətə uyğun olmadığını bildirsə də, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov belə düşünmür.
E.Hüseynov AzNews.az-a açıqlamasında Azərbaycanda aşağı keyfiyyətli buğdadan hazırlanmış unların satışda olması halların istisna etməyib: “Azərbaycana yem məqsədi ilə gətirilən buğdadan istehsal olunan un məhsullarından çörək bişirmək qeyri-mümkündür. Bu unun yapışqanı olmur. Lakin düşünürəm ki, Azərbaycana gətirilən buğda bizim qida məqsədi ilə istehsal olunan buğdalarla qarışdırılır. Bu, mümkündür”.
E.Hüseynov vurğulayıb ki, belə buğdalar kimyəvi maddələrin sayəsində yetişdirilir: “Belə undan hazırlanan çörək və un məhsullarını yedikdə onlarda ilk növbədə oynaq xəstəlikləri yaranır. Oynaqlarda duzlaşma gedir, mədə-bağırsaq xəstəlikləri yaranır”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər