İraq hökuməti 3 ölkədən yardım istədi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 20-01-2016, 17:28 | Şərh sayı: (0) | Baxılıb: 233
İraq hökuməti 3 ölkədən yardım istədi
İraqın xarici işlər naziri İbrahim Cəfəri türk əsgərlərinin Beşika düşərgəsini tərk etməsi üçün Qərbdən yardım istəyib.
Ixlas.Az xəbər verir ki, İraqın xarici işlər naziri İbrahim Cəfəri türk əsgərlərinin İraqdan çıxarılması üçün ABŞ, Böyük Britaniya və Fransadan kömək istəyib.
Cəfəri məsələni müzakirə etmək və kömək istəmək üçün ABŞ-ın Bağdaddakı səfiri Stuart Jones, Fransanın Bağdaddakı səfiri Mark Bartini və Böyük Britaniyanın Bağdaddakı səfirinin köməkçisi Belinda Levislə görüşüb.
Görüş zamanı Cəfəri diplomatların təmsil etdikləri ölkələrin İraqa dəstək baxımından daha aktiv rol almalarını istəyərək, Türkiyənin İraq torpaqlarında olmasının narahatlıq verici bir hal olduğunu və buna dözməyin mümkün olmadığını bildirib.
Xarici İşlər Nazirliyi tərəfindən verilən yazılı açıqlamada Cəfəri görüş zamanı Türkiyənin İraqdakı varlığının suverenliyin pozulması kimi dəyərləndirildiyini və bu ölkələrin məsələyə müdaxilə etmələri lazım olduğunu söyləyib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər