İraq yenə də Türkiyə ilə bağlı problemi gündəmə gətirdi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 19-01-2016, 21:27 | Şərh sayı: (0) | Baxılıb: 237
İraq yenə də Türkiyə ilə bağlı problemi gündəmə gətirdi
İraqın xarici işlər naziri İbrahim əl-Cəfəri Bağdadda ABŞ-ın səfiri Stuart Jons, Fransanın səfiri Mark Bartini və İngiltərənin səfiri Belinda Levis ilə görüşüb.
Musavat.com xəbər verir ki, İ.Cəfəri Türkiyənin İraq torpaqlarına girməsinin narahatlığa səbəb olduğunu bildirib.
Məlumata görə, nazir Türkiyənin İraqdakı varlığının sonlandırılması üçün ABŞ, Fransa və İngiltərənin İraq üzərində daha çox rol oynamasının vacibliyini vurğulayıb.
İ.Cəfəri problemin diplomatik yollarla həll edilməsinin tərəfdarı olduğunu bildirib və lakin Türkiyə tərəfindən müsbət addımların atıldığını görmədiklərini də qeyd edib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər