ABŞ təkzib etdi: "Hava hücumları olmayıb" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 10-01-2016, 07:25 | Şərh sayı: (0) | Baxılıb: 265
ABŞ təkzib etdi: "Hava hücumları olmayıb"
ABŞ bombardmançıları İraqın Kərkük şəhərində hava hücumları həyata keçirməyib.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın İraqdakı səfiri Süart Cons deyib.
“Son vaxtlar ABŞ bombardmançılarının İraqın Kərkük şəhərinin Havicə bölgəsində hava hücumları həyata keçirməsi barədə yayılan məlumatlar yalandır. İraqın Müdafiə naziri Xalid Ubeydi də bu informasiyaların həqiqətə uyğun olmadığını söyləmişdi. İraqın suverenliyinə hörmət edirik. Koalisiya qüvvələri daim İraq hökuməti ilə əlaqəli şəkildə bu əməliyyatları aparır. Bu, gələcəkdə də belə olacaq”, - Cons vurğulayıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər