İraq və Oman Tehranla müzakirələr aparacaq |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 6-01-2016, 09:18 | Şərh sayı: (0) | Baxılıb: 247
İraq və Oman Tehranla müzakirələr aparacaq
İraq və Omanın XİN rəhbərləri İbrahim əl Cəfəri və Yusif bin Ələvi yanvarın 6-da İran-Səudiyyə Ərəbistanı münasibətləri daxil olmaqla, bölgədəki vəziyyəti müzakirə etmək üçün Tehrana səfər edəcəklər.
Ixlas.Az APA-ya istinadən bildirir ki, diplomatlar prezident Həsən Ruhani və XİN rəhbəri Məhəmməd Cavad Zəriflə görüşlər keçirmək niyyətindədirlər.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəsdiyini bəyan edib. Tehranla Ər-Riyad arasındakı münasibətlərin gərginləşməsinə səbəb şiə din xadimi, vaiz Nimr ən-Nimrin Səudiyyə Ərəbistanında edam edilməsi olub.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər