RSS
 

Login:
Şifrə:
» » Oliqarxlar prezidentin qərarını sabotaj edir

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Oliqarxlar prezidentin qərarını sabotaj edir

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 19-01-2016, 16:20 | Şərh sayı: (0) | Baxılıb: 246

Oliqarxlar prezidentin qərarını sabotaj edir


Oliqarxlar prezidentin qərarını sabotaj edir Gömrükdə inqilabi islahatlara qarşı kimlər çıxır?; Gömrük Komitəsinin sədri brokerlərin fəaliyyətinin “qeyri-qanuni” elan olunmasını niyə mümkünsüz hesab edir?; böyük kapitala malik, daxildəki mal dövriyyəsinin əhəmiyyətli hissəsini əlində cəmləşdirən oliqarxlar asanlıqla təslim olmaq istəmirlər; bəziləri illərdir hədsiz varlanmalarına səbəb olan iqtidarın ayağının altını qazırlar...
Ölkə iqtisadiyyatını dirçəldəcək, ölkə biznesində normal rəqabət yaradacaq və ən əsası qiymətlərin ucuzlaşmasına səbəb olacaq gömrükdə monopoliyanın ləğvi məsələsi günün ən aktual mövzularından birinə çevrilib. ANS-in həftəsonu efirə gedən “Hesabat” proqramına danışan Gömrük Komitəsinin sədri Aydın Əliyev monopoliyanın ləğvi ilə bağlı suala kifayət qədər aydın cavab verib.

“Açıq bazardı, kim nə gətirirsə-gətirsin, hamı üçün eyni rəqabət yaradılıb. Sahibkar davamlı olaraq daxili bazara gətirdiyi məhsulu və ya istehsal etdiyi məhsulu sata bilərsə və s. Artıq bu, o deməkdir ki, bu, azad ticarətdir. Bu şərait hamı üçün yaradılıb. Dövlət büdcəsinə çatası vergi rüsumlarını ödəyin və daxili bazara mallarınızı çıxarın” deyə, komitə sədri bildirib.

Belə xəbərlər var ki, malların idxalı sahəsində ayrı-ayrı şəxslərin gizli imtiyazlarının aradan qaldırılması qərarından sonra Rusiyadan və Türkiyədən gətirilən tikinti mallarının qiymətində əhəmiyyətli dərəcədə ucuzlaşma var. Azad rəqabət mühitinin yaradılması nəticəsində Azərbaycanda əhalinin ən çox narazı qaldığı ərzaq və qeyri-ərzaq mallarının qiymətlərinin də yaxın vaxtlarda aşağı düşəcəyi, bolluq yaranacağı gözlənilir.



Monopoliyanın ləğvi ilə bağlı qərar eyni zamanda manatın ikinci devalvasiyasından sonra ölkədə artan sosial gərginliyin yumşaldılmasında, hətta tamamilə aradan qalxmasında ciddi rol oynaya bilər.

Gömrükdə inhisarçı sistemin konkret nə vaxtdan tətbiq olunduğunu söyləmək çətin olsa da, mediada 15 ildən artıqdır ki, bu mövzu davamlı müzakirə edilir. Hökumət heç vaxt monopoliya olduğunu etiraf etməyib və bu gün də bu açıq deyilmir, yalnız brokerlərdən danışılır ki, bu barədə bir qədər sonra...

İnhisarçılıqla bağlı tənqidlər ölkə başçısı İlham Əliyevin çıxışlarında son aylar daha çox səslənir. Ötən ilin fevralında manat dollara nisbətdə 30 faizdən çox ucuzlaşandan sonra inhisarçılığın ləğvi ən vacib məsələ kimi gündəmə gəlmişdi.

Dekabr ayında manat yenidən 50 faizə yaxın dəyərini itirəndən sonra bütün məhsulların qiymətinin iki dəfə qalxmasına etiraz olaraq bölgələrdə keçirilən aksiyalar gömrükdə az qala inqilab kimi dəyərləndirilən qərarın nə qədər vacib olduğunu bir daha sübut etdi.



İllərlə formalaşmış broker sistemi (monopolist sistem) bu müddət ərzində xeyli dəyişilib, hətta təkmilləşdirilib də. Gömrüyün səlahiyyətlərinə sahib çıxaraq onun funksiyasını həyata keçirən brokerlər Gömrük Məcəlləsinin 22-ci maddəsinə əsaslanaraq sərhəddə ikinci “sərhəd” yaradıblar. Aydın Əliyev sözügedən müsahibədə də bu faktı etiraf etdi və onların fəaliyyətinin “qeyri-qanuni” elan olunmasının mümkünsüzlüyünü də dedi. Yəni brokerlərin sahibkarlarla müqavilələr bağlatmağa məcbur etməklə gətirdiyi maldan götürəcəyi ehtimal olunan gəlirin ən azı 60- 70%-ni əvvəlcədən məcburi alınması faktiki “qanunla tənzimlənir”. Məhz bu səbəbdən də komitə sədrinin dediklərindən belə anlaşıldı ki, Gömrük Komitəsi “brokerləri qovun” tələbini yerinə yetirə bilməyəcək. Çünki ortada qanun var. Qeyri-rəsmi məlumatlara görə, 2006-cı ildən fəaliyyət göstərən “Trans Broker” MMC-nin...



5 minə yaxın əməkdaşı var! Gömrük Komitəsinin isə 3 min əməkdaşı olduğu deyilir. Bu müqayisəli rəqəmlərin özü iqtidarın necə çətin bir işə girişdiyinin əyani sübutudur. Açıq deyilməsə də, heç iqtidarın ən yüksək düzeyinə də sirr deyil ki, gömrükdəki “broker sistemi” əslində ayrı-ayrı oliqarxların maraqlarına, milyonlar qazanmasına xidmət edir. Odur ki, bu sistemin ləğvi oliqarxların maraqlarına birbaşa ciddi zərbə sayıla bilər. Bu baxımdan, təbii ki, belə bir qərarın verilməsi iqtidarın daxilində yeni narazı qüvvələr yarada bilər.



Çünki böyük kapitala malik, daxildəki mal dövriyyəsinin əhəmiyyətli hissəsini əlində cəmləşdirən oliqarxlar asanlıqla təslim olmaya bilər. Onların müqavimət göstərmək, qərarın reallaşmaması üçün ən müxtəlif üsullara, hətta məşhur filmdə İmanın taxıl gizlədən Kərbəlayi İsmayıla dediyi “sabotaja” da əl atmaq imkanları var. Artıq belə bir prosesin başladığı barədə məlumatlar da gəlməkdədir. İdxala və istehsala böyük ölçüdə nəzarət edən oliqarxların öz aralarında gizli şəkildə razılığa gələrək, ölkəyə illərdir gətirdikləri müəyyən ərzaq mallarını anbarlarda “gizlətdikləri”, daha doğrusu, “qiymətlər sərf etmir” bəhanəsi ilə bazara çıxarmayacaqları barədə xəbərlər yayılır. Məlumata görə, yenə də sahibkarların yüklərinin ölkəyə ən müxtəlif bəhanələrlə buraxılmaması ilə bağlı şikayətlər səngiməyib. Bu isə oliqarxların monopoliyanın ləğvinə qarşı müqavimət göstərdiklərinin daha bir sübutudur. Komitə sədri müsahibədə “brokerlərlə bacarmırıq” demədi, amma doğru olanı dedi: “Sahibkarlar brokerlərə yox, komitəyə müraciət etsinlər”.

Prezident İlham Əliyevin çıxışlarında “natəmiz” və “həris” sözləri ilə xatırlatdığı bəzi məmurların xalqın çətin günündə də öz qazanclarını düşünməsi, üstəlik, iqtidara qarşı narazılığı körükləməsi hakimiyyətin üst qatında da ciddi narazılıq yaradıb.

Hətta belə iddialar var ki, prezident Gömrük Komitəsini də reputasiyası xeyli korlanmış MTN kimi ləğv edə, qurumun səlahiyyətlərini ya Vergilər, ya da Maliyyə nazirliklərinin tərkibinə verə, yüklərə nəzarət funksiyasını isə “ASAN xidmət”ə həvalə edə bilər.

Bəzi oliqarxlar illərdir hədsiz varlanmalarına səbəb olan iqtidarın ayağının altını qazırlar. Onların öz qazdıqları quyuya düşmə ehtimalı daha çoxdur...

“Yeni Müsavat”



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor