Kəbirə Məmmədova “Binə"də aksiya keçirilməsi xəbərinə aydınlıq gətirdi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 18-01-2016, 15:13 | Şərh sayı: (0) | Baxılıb: 332
Kəbirə Məmmədova “Binə"də aksiya keçirilməsi xəbərinə aydınlıq gətirdi
Bəzi Kütləvi İnformasiya Vasitələrində Bakının Qaradağ rayonunda fəaliyyət göstərən "Binə Ticarət Mərkəzi”ndə satıcılar aksiya keçirməsi xəbərləri yayılıb.
Məlumata görə, bazarda yer haqqı qaldırıldığı üçün satıcılar etiraz ediblər. Satıcılar tələb ediblər ki, ya yer pulu azaldılsın. Yaxud da onlar işləmək istəmirlər. Yazılanlara görə, bu səbəbdən onlarla satıcı və sahibkar mağazalarını bağlayıblar. Onlar icarə haqlarının aşağı salınmasını tələb edirlər.
Məsələyə aydınlıq gətirmək üçün Binə Ticarət Mərkəzində çalışan satıcılarla əlaqə saxlanılıb. Satıcılar bildirdilər ki, yazılanlar kimi aksiya keçirilmir.
Sadəcə bəzi sahibkarlar ticarət mərkəzində yer haqqının çoxluğuna görə rəhbərliyə narazılıqlarını bildiriblər. Ticarət mərkəzinin rəhbərliyindən bildirilib ki, yaxın günlərdə icarə haqqı azaldılacaq.
Deyilənlərə aydınlıq gətirmək üçün "Binə Ticarət Mərkəzi”nin müdirəsi Kəbirə Məmədova ilə əlaqə saxladıq. Kəbirə xanım BAKU.WS-ə bildirib ki, deyilənlərin hamısı şayiədir. Onun sözlərinə görə, bu bir qrup təxribatçının yaydığı böhtandır.
"Biz 2008-ci ildən bura köçmuşuk. O vaxtdan bəri icarə haqqları nəinki qaldırılıb, hətta bu məbləğ bir az azaldılıb. Biz satıcılara daim güzəştlər edirik. Yaxın günlərdə yenə də güzəştlər edəcəyik. Yer pulunun qaldırılması məsələsi isə ağ yalandır”, - deyə Kəbirə Məmədova bildirib.
Onun sözlərinə görə, bazarda aksiya keçirilməsi məsələsi də yanlışdır.
Qaradağ rayon Polis İdarəsindən də aksiyanın keçirilməsi məsələsinin yalan olduğu bildirildi.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər