Mağazaların icarə haqqları endirildi: Aksiya olmayacaq |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 17-01-2016, 21:21 | Şərh sayı: (0) | Baxılıb: 258
Mağazaların icarə haqqları endirildi: Aksiya olmayacaq
Yanvarın 11-də "28 May" metrostansiyasının yeraltı keçidlərində ticarətlə məşğul olan 50 nəfərə yaxın sahibkar icarə haqlarının yüksək olması ilə bağlı etiraz etmişdilər.
Satıcılar alıclığın zəif olması ilə əlaqədar gəlirlərinin azalmasını nəzərə alaraq, icarə haqqlarının endirilməsini tələb etmişdilər. Əks halda toplaşaraq, etiraz aksiyası keçirəcəklərini bildirmişdilər.
Mağazalara rəhbərlik edən şəxslər isə satıcıları qəbul edərək, məsələyə baxılacağını bildirmişdilər.
Bu gün satıcılar musavat.com-un əməkdaşına icarə haqqlarının endirilməsi barədə məlumat veriblər.
Adının çəkilməsini istəməyən satıcı mağazalarda icarə haqlarının endirilməsinə başlanıldığını bildirib: "Bir neçə gündür ki, icarə haqqlarında güzəştlər olunur. Əksər mağazalarda icarə haqları endirilib. Aylıq icarə haqqları 2500-5000 manata olan mağazalarda 1000-2000 manata qədər endirimlər ediblər. Məlumata görə, endirimlər hissə-hissə aparılır. İnanırıq ki, güzəştlər bütün mağazalara şamil olunacaq və əvvəlki kimi işimizi davam etdirə biləcəyik".
Məğrur Mərd,
Musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər