DİN-dən Siyəzəndə yaralananlarla bağlı rəsmi açıqlama... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-01-2016, 19:51 | Şərh sayı: (0) | Baxılıb: 984
DİN-dən Siyəzəndə yaralananlarla bağlı rəsmi açıqlama...
Siyəzəndə keçirilən bahalaşma əleyhinə aksiyaya müdaxilə zamanı yaralananların olduğu, məktəblilərin sırasında bibər qazından zəhərlənənlərin olması haqda məlumatlar yayılıb. Yayılan məlumatları dəqiqləşdirmək üçün Daxili İşlər Nazriliyinin mətbuat xidməti ilə əlaqə saxladıq.
DİN-in mətbuat xidmətin rəis müavini Ehsan Zahidov sorğumuza belə cavab verdi: “Siyəzəndə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərən bir qrup sakin öz aqressiv davranışları ilə ətrafdakı dinc insanların həyatı üçün təhlükə yaradıblar. İctimai asayişi təmin edən polis əməkdaşları onların bu qanunsuz hərəkətlərinin qarşısını alarkən həmin şəxslər polisə müqavimət göstəriblər. Onlara daş və digər əşyalar atıblar. Qanun pozucularının atdığı daşlardan biri azyaşlını məktəbə aparan gənc xanıma dəyib və o, ciddi xəsarət alaraq, yerə yıxılıb. Dərhal 2 polis əməkdaşı öz həyatlarını riskə qoyaraq, yaralı xanımı xilas edərək, çağırdıqları təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırıblar”.
Qeyd edək ki, Siyəzəndə yanvarın 12-də başlayan aksiya bu gün də davam etdirilib. Artıq aksiya başa çatıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər