"Binə" ticarət mərkəzində aksiya başa çatdı, əksəriyyət dükanı bağlayıb evinə getdi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 18-01-2016, 14:54 | Şərh sayı: (0) | Baxılıb: 299
"Binə" ticarət mərkəzində aksiya başa çatdı, əksəriyyət dükanı bağlayıb evinə getdi
Bakının ən böyük ticarət mərkəzlərindən biri olan "Binə"də hazırda aksiya keçirilib. Aksiya iştirakçıları isə ticarət mərkəzində işləyən sahibkarlardır.
Onlar bir müddət öncə də dinc aksiya keçirib, tələblərini ortaya qoymuşdular. Görünən odur ki, istəkləri yerinə yetirilməyib. Belə ki, hazırda 5/3, 5/4-cü sıralarda çalışan sahibkarlar dükanları qapadaraq, bu şəkildə dinc aksiya keçirirlər. Onların etirazlarına səbəb isə, icarə haqlarının çox olmasıdır.
Şikayətçi sahibkarların musavat.com-a verdiyi məlumata görə, digər sahibkarlar da onlara qatılacaq: "Ölkədə böhran var. Alver yoxdur. Pul qazana bilmirik. Gəlirlərimiz aşağı düşüb. Amma icarə haqqı dəyişməyib. Üstəlik ay tamam olan kimi pulu tələb edirlər. O pulu necə ödəyək? Bizi başa düşüb, qiyməti aşağı salmalıdırlar. Digər sıralarda olan tacirlər də bizə qatılmağı düşünürlər. Alver heç kimdə yoxdur, problem hamımızın problemidir. Belə getsə, hamımızı dükanları qapadıb, gedəcəyik".
"Binə" ticarət mərkəzində olan əməkdaşımızın verdiyi məlumata görə, tacirlərin dükan bağlama aksiyası başa çatıb. Onlardan bəziləri dükanlarını yenidən açaraq, fəaliyyətə başlayıblar. Böyük hissəsi isə işləmək istəmədiklərini bildirib, evlərinə gediblər. Onların etirazlarına səbəb, icarə haqqının çox olması, gömrük rüsumlarının artmasıdır.
Türkmən
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər