Nüvə razılşması: İran üzərindən sanksiyalar qaldırılacaqmı? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 16-01-2016, 21:15 | Şərh sayı: (0) | Baxılıb: 293
Nüvə razılşması: İran üzərindən sanksiyalar qaldırılacaqmı?
İran nüvə proqramının məhdudlaşdırılması müqabilində sanksiyalar ləğv oluna bilər.
Vyanada keçiriləcək görüşdə İran, ABŞ və Aİ nümayəndələri nüvə razılaşması ilə bağlı tərəqqini dəyərləndirəcəklər.
Ötən il imzalanan saziş nüvə proqramının məhdudlaşdırılması müqabilində İrana qarşı sanksiyaların ləğvini nəzərdə tutur.
Dövriyyə edən məlumatlara əsasən Tehran razılaşma üzrə öhdəliklərinə əməl edib və Beynəlxalq Atom Enerjisi Agentliyi bunu təsdiqləyən bəyanatla çıxış etməldir.
Şənbə günü Avstriya paytaxtında ABŞ dövlət katibi John Kerry, İranın xarici işlər naziri Cavad Zərif və Aİ xarici işlər komissarı Federica Mogherini arasında görüş keçiriləcək.
Təhlilçilərə əsasən üçtərəfli danışıqlar sazişin icrasının yaxın olmasına işarə edir.
Demək olar ki, məsələ hərtərəfli razılaşdırılıb, - Vyana görüşünü şərh edən Reuters agentliyinin mənbəsi deyib.
Sazişə əsasən İran, o cümlədən nüvə silahının yaradılmasında istifadə oluna biləcək sentrifuqaların sayını azaltmalı və Arak şəhəri yaxınlığındakı ağır su reaktorunu demontaj etməliydi.
İran və dünyanın altı dövləti - ABŞ, Britaniya, Fransa, Çin, Rusiya və Almaniya (P5+1 qrupu) arasında 2006-cı ildə başlayan danışıqlar ötən ilin iyul ayında yekunlaşıb.
Sanksiyaların qaldırılması ardınca İran xaricdə dondurulmuş aktivlərinə giriş əldə edəcək.
ABŞ Maliyyə Nazirliyinin dəyərləndirməsinə görə Tehranın aktivlərinin həcmi 50 mlrd dollar təşkil edir. İran həmçinin neft ixracını da gündə 500 min barrelədək artıra bilər (BBC).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər