2016-cı ildə Azərbaycanda baş verəcək proseslər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 15-01-2016, 10:03 | Şərh sayı: (0) | Baxılıb: 218
2016-cı ildə Azərbaycanda baş verəcək proseslər
Avropa Birliyi Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə əlaqələndiricisindən proqnozlar
Avropa Birliyi Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə əlaqələndiricisi, Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov 2016-cı ildə Azərbaycanda baş verəcək proseslər barədə maraqlı proqnozlarını bölüşüb. O bildirib ki, icra başçılarının çoxu dəyişdiriləcək, oliqarxların pulları iqtisadi böhrandan yaxa qurtarmağa xərclənəcək, Nazirlər Kabineti özünün mahiyyətini daha da itirəcək və bütün çevik hakimiyyət Prezident Aparatına keçəcək.
Əvəz Həsənov sonra qeyd edib ki, bankların yarıdan çoxu çökəcək, iri banklar onları udacaq.
Siyasi partiyalara gəlincə, Ə.Həsənovun sözlərinə görə, siyasi partiyalar xalqın etiraz aksiyalarını siyasi məqsədlər üçün istifadə edə bilməyəcək: “QHT-lərə qarşı qadağalar aradan qaldırılmayacaq. Xalqın narazılığı səngiməyəcək, iş yerlərinin itkisi, maaşların azlığı ölkədə siyasi aktivliyi stimullaşdıracaq. Sosial şəbəkələr və xüsusən youtube siyasi mübarizə meydanına çevriləcək. İnsanların etirazları daha çox diqqət çəkəcək məlumatlar olacaq. Manatın kursu indiki vəziyyətini qoruyub saxlayacaq, ölkədə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi stimullaşdırılacaq”.
Azərbaycanın dünya gücləri ilə münasibətlərinə gəlincə, Ə.Həsənovun proqnozuna görə, ABŞ-la münasibətlər gərginləşməyəcək. Avropa Birliyi Azərbaycanla strateji əməkdaşlıq sahəsində müzakirələrə başlamağı qəbul edəcək. Azərbaycan Türkiyə və Rusiya münaqişəsində barışdırıcı ərazi rolunu saxlaya biləcək. Azərbaycan Çin və Səudiyyə Ərəbistanının investisiyasının ölkədə payını artıracaq. Bir sözlə, çoxlu hadisələr olacaq, amma əhalinin yaşayışına müsbət təsirləri az olacaq".
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər