Brüsseldə anti-Azərbaycan dinləmələri |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 6-01-2016, 09:10 | Şərh sayı: (0) | Baxılıb: 248
Brüsseldə anti-Azərbaycan dinləmələri
Yanvarın 19-da Brüsseldə Avropa Siyasəti İnstitutunda "Barmaqlıqlar arxasında ədalətli mühakimə: Azərbaycanda vətəndaş cəmiyyətinin təqibi" mövzusunda debat keçiriləcək.
Tədbir yuxarıda adı çəkilən institut tərəfindən İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupu ilə birgə təşkil edilib.
"Turan"ın məlumaına görə, tədbirin press-relizində deyilir ki, iştirakçılara Azərbaycanda insan hüquqları sahəsində vəziyyəti və vətəndaş cəmiyyətinə, KİV-ə və müxalif fəallara qarşı repressiyaları təhlil edən məruzə təqdim ediləcək.
Məruzədə hüquq müdafiəçiləri Anar Məmmədli, Rəsul Cəfərov, İntiqam Əliyev, Leyla və Arif Yunus, Emin Milli, Xədicə İsmayılovanın işi üzrə məhkəmə proseslərinin və Emin Hüseynovun işinin ətraflı təhlili yer alır.
Debatda Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrindən bəziləri də iştirak edəcəklər.
Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Rabute Remezaite, "Memorial" Cəmiyyəti Hüquqi Mərkəzinin rəhbəri Deniz Krivoşeev, Meydan TV direktoru Emin Milli, KİV-ə yardım institutundan Gülnarə Axundova məruzə ilə çıxış edəcəklər.
Müzakirələrin moderatoru İnsan Hüquqları üzrə Beynəlxalq İnstitutun koordinatoru Simon Papuaşvili olacaq.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər