Sabiq icra başçısının qızının məhkəməsi başladı: 500 minlik dələduzluq |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-01-2016, 18:39 | Şərh sayı: (0) | Baxılıb: 259
Sabiq icra başçısının qızının məhkəməsi başladı: 500 minlik dələduzluq
Dələduzluqda təqsirləndirilən sabiq icra başçısının qızı Nigar Abdullayeva barəsindəki hökmdən kassasiya şikayəti verib.
Lent.az-ın məlumatına görə, N.Abdullayevin kassasiya şikayətinə hakim Gülzar Rzayevanın sədrliyi ilı yanvarın 12-də baxılacaq.
Qeyd edək ki, Salyan rayonunun keçmiş icra başçısı Seyran Seyranovun qızı olan 1982-ci il təvəllüdlü Nigar Abdullayeva 2014-cü ilin sentyabr ayına kimi İqtisadi İnkişaf Nazirliyinin Protokol şöbəsinin rəisi olub. O, 500 min manat pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilib. N.Abdullayeva turizm agentliyi qurmaq adı ilə 19 nəfərdən külli miqdarda pul alıb və qaytarmayıb.
Bu il sentyabr ayının 22-də Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunan N.Abdullayeva 8 il müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan N.Abdullayeva apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Lakin məhkəmənin ilkin qərarından kassasiya şikayəti verilib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər