Yanan binalarla bağlı istintaq niyə yubanır? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 18-12-2015, 08:38 | Şərh sayı: (0) | Baxılıb: 332
Yanan binalarla bağlı istintaq niyə yubanır?
Xətai və Binəqədidəki yanğınlarla bağlı məhkəmə gələn ilə qaldı
Yanan binalarla bağlı məsələ yenidən gündəmə qayıdıb. Və binalarda yanğın meydana gəlmiş rayonların Xətai və Binəqədi icra hakimiyyətlərinin başçıları - Razim Məmmədovla Xaləddin İsgəndərovun da məsuliyyət məsələsi yenidən geniş müzakirələrə səbəb olub.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov rəhbərlik etdiyi nazirliyin bugünlərdə keçirilən 10 illik yubileyində çıxışı zamanı Xətai və sonradan Binəqədi rayonunda binaların yanmasında icra hakimiyyətlərinin məsuliyyət daşıdığını gizlətməyib: “Bəzi rayon və şəhər icra hakimiyyətləri təmir-tikinti işləri zamanı yanğına davam gətirməyən materiallardan istifadə ediblər”.
Nazir deyib ki, təəssüf ki, nazirliyin müvafiq qurumlarının dəfələrlə rayon və şəhər icra hakimiyyətlərinin başçılarına xəbərdarlıq məktublarına, göstərişlər verməsinə baxmayaraq, bəzi rayon və şəhər icra hakimiyyətləri binaların əsaslı təmirində yanğına davamlı olmayan materiallardan istifadə edib: "Biz sonra da gördük ki, icra hakimiyyətləri abadlıq zamanı yanğına davamlı olmayan materiallardan istifadə ediblər. Bu, istintaqda da üzə çıxır".
Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsi ilə bağlı həbs edilmiş şəxslərin istintaqının başa çatması haqda ölkə mediasında xəbər yayılıb. Sonradan bəlli olub ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.
Xatırladaq ki, Binəqədidə baş vermiş yanğına görə 2012-2013-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, poliuretan məmulatını istehsal edən “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov və Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov tutulublar. Onlardan başqa Xətai rayonunda baş verən yanğınla əlaqəli “TNH” səlahiyyətlisi Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov həbsdədirlər. Binəqədidə və Xətaidə binalarda baş verən yanğınlarla bağlı işlər eyni icraatda birləşdirilərək araşdırılır.
Bir çox ekspertlər hesab edirlər ki, Binəqədidəki binaya görə həbs olunanların dairəsi genişləndirilməlidir. Fikirlərini belə əsaslandırırlar ki, tutulanların səlahiyyət həddi rayon ərazisindəki binalara poliuretan üzlük nədir, heç mismar vurmağa icazə verməyə yetməyib.
Strateq.az yazıb ki, binalardakı yanğınlarla bağlı istintaq növbəti dəfə - 2016-cı il martın 19-dək uzadılıb: “İstintaq müddəti sonuncu dəfə uzadılıb və martın 19-dan sonra məhkəmə baxışı keçirilməlidir”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər