Banan, limon və portağal bahalaşdı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-01-2016, 22:23 | Şərh sayı: (0) | Baxılıb: 251
Banan, limon və portağal bahalaşdı
Yanvarın 11-də paytaxtın topdansatış mərkəzlərində bir sıra məhsulların, o cümlədən sitrus meyvələrinin qiymətində kəskin artım müşahidə olunub.
Bu barədə Musavat.com-a parakəndə satış mağazalarının sahibləri məlumat verib.
Belə ki, gün ərzində bananın topdansatış qiyməti 2.30-2.40 AZN olub. Hansı ki, bir gün öncəyədək banan topdansatış mərkəzlərində 2.10-2.20 AZN-ə satılırdı. Satıcılar da üzərinə öz qazancını qoyduqdan sonra bu meyvənin qiyməti parakəndə satış obyektlərində 2.50 AZN-dən baha təqdim olunur. Son sutkada bahalaşan təkcə banan deyil. Belə ki, portağalın topdansatış mərkəzlərindən alış qiyməti 1.80-1.90 AZN-dən 2.50 AZN-ə qalxıb. Limonun da qiymətində kəskin artım baş verib. Lənkəran limonunun bir ədədinin qiyməti 18 qəpikdən 26-30 qəpiyə qalxıb. Gürcüstandan gətirilən limonun 1 kiloqramının qiyməti isə 1.20 AZN-dən 2.60 AZN-ədək artıb.
İş adamlarının dediyinə görə, prezidentin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin sonuncu müşavirəsində süni qiymət artımı ilə bağlı ən yüksək səviyyədə edilən xəbərdarlıqlardan sonra qiymətlərdə endirimlərin olacağı ümidi yaranmışdı. Lakin son günün mənzərəsi olan-qalan ümidləri də söndürüb. Topdansatış mərkəzinin sahibləri bahalaşmanı dolların bahalaşması ilə izah edir. Eyni zamanda gömrükdə də əvvəlki çətinliklərin qaldığı iddia olunur. Lakin məlumata görə, topdansatış mərkəzləri süni bahalaşma ilə bağlı ciddi reydlərə start veriləcəyini gözlədikləri üçün fürsət düşdükcə daha çox qazanmağa çalışırlar.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər