Prezident Administrasiyası rəhbərinin müavini: “Biz bu vəziyyətdən çıxacağıq” |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 14-01-2016, 22:25 | Şərh sayı: (0) | Baxılıb: 259
Prezident Administrasiyası rəhbərinin müavini: “Biz bu vəziyyətdən çıxacağıq”
“Bu gün dünyanı ağuşuna alan iqtisadi böhran Azərbaycana da təsir etməyə bilməzdi. Biz bu vəziyyətdən də çıxacağıq”.
APA-nın məlumatına görə, bunu Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov söyləyib.
N. Məmmədov deyib ki, təlaşa düşmək lazım deyil: “Dünyada tez-tez müxtəlif təbii fəlakətlər müşahidə edirik. Məsələn, ABŞ-da, Böyük Britaniyada, Rusiyada hər il subasmalar, təbii fəlakət olur, minlərlə ev su altında qalır. Ancaq həmin fəlakətlər zamanı biz əhalidə xüsusi təlaşı müşahidə etmirik. Bu gün mediamızın günün reallıqlarını əhaliyə çatdırması baxımından üzərinə böyük vəzifə düşür. Mediamız da insanlara günün reallıqları çatdırmalı, əhalini maarifləndirməlidir. Azərbaycan bu vəziyyətdən çıxmağa qadirdir, təlaşa düşməyə əsas yoxdur”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər