Nazir: "Heç kəs gözləməməlidir ki, qiymətlər 100 faiz aşağı düşəcək" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-09-2015, 18:40 | Şərh sayı: (0) | Baxılıb: 353
[b] Nazir: "Heç kəs gözləməməlidir ki, qiymətlər 100 faiz aşağı düşəcək" [/b]
[b]Heç kəs gözləməməlidir ki, cənab Prezidentin tamamilə düzgün ifadə etdiyi tənqiddən sonra nazirlik bir dəqiqənin içində əmr imzalayacaq və bütün qiymətlər 100 faiz aşağı düşəcək, sabahdan hamı bütün hotellərə pulsuz gedəcək. Belə şeylər yoxdur və olmayacaq.
Trend-in məlumatına görə, bunu bu gün Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə deyib.
Nazir bildirib ki, son vaxtlar Azərbaycanda turizm xidmətlərinin qiymətlərinin baha olması haqqında olduqca böyük tənqidlər deyilir: "Bunlar hamısı yaşayış səviyyəsi ilə bərabər olan xidmət qiymətləridir. Biz bu gün yalnız Azərbaycanın hansısa məkanında turizm xudmətinin baha olmasından danışmamalıyıq. Bu, kompleks yanaşmanın tələb olunduğu məsələdir. Bir turistə xidmət göstərmək üçün azı 5 sahədə çalışan insanın əməyi sərf olunur".
Ə.Qarayevin sözlərinə görə, Azərbaycanda turizm sənayesi antimonopol, tam sərbəst şəraitdə fəaliyyət göstərən bir sənaye istiqamətidir: "Bu gün turizm məkanında süni şişirtmələr olduğu yerdə qiymətlər artıq bizim yoxlamalardan sonra azalıb. Yay mövsümünün sonu üçün regionlarda yerləşən hotellərin 30 faizində qiymətlər təxminən 10-15 faiz azalıb".
Milli.Az[b]
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər