Yavər Camalov: "Azərbaycan Ordusunun müasir silahlarla təmin edilməsi üçün zəruri addımlar atılıb" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 17-12-2015, 10:38 | Şərh sayı: (0) | Baxılıb: 287
Yavər Camalov: "Azərbaycan Ordusunun müasir silahlarla təmin edilməsi üçün zəruri addımlar atılıb"
Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində istehsal olunan hərbi təyinatlı məhsulların çeşidi artırılıb, Azərbaycan Silahlı Qüvvələrinin müasir silah növləri ilə təmin edilməsi üçün zəruri addımlar atılıb.
Trend-in məlumatına görə, bunu müdafiə sənayesi naziri Yavər Camalov "Azərbaycan" qəzetində nəşr olunan məqaləsində deyib.
Nazir bildirib ki, 2006-2015-ci illərdə müdafiə təyinatlı məmulatların yaradılması və istehsalının mənimsənilməsi məqsədilə aparılan tikinti və yenidənqurma işləri nəticəsində nazirliyin müəssisələrində 50-dən çox yeni istehsal sahəsi yaradılıb.
Y.Camalov qeyd edib ki, Nazirliyin fəaliyyəti dövründə 1000 addan çox müdafiə təyinatlı məmulatın və onların ehtiyat hissələrinin istehsalı mənimsənilib: "Bunlardan universal və tank pulemyotlarını, tank əleyhinə əl qumbaraatanını, müxtəlif mm-lik minaatanları və onlar üçün minalı atəş yığımlarını, pilotsuz uçuş aparatlarını, mina təsirinə dayanıqlı zirehli texnikaları, BTR və BRDM tipli zirehli texnikaların təkmilləşdirilməsini və s. göstərmək olar. Ümumilikdə sifarişçilərə təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmi 2006-cı ilə nisbətən 2015-ci ilin ilkin yekunlarına görə 210 dəfədən çox artıb. Ümumi məhsul istehsalının tərkibində müdafiə və xüsusi təyinatlı məmulatların həcminin xüsusi çəkisi 2006-cı illə müqayisədə 47 faiz artaraq 86 faiz təşkil edib".
Nazirin sözlərinə görə, hal-hazırda alınmış və quraşdırılmış texnoloji xətlərdə müxtəlif tipli izburaxan gülləli patronların, müxtəlif mm-lik müxtəlif növ döyüş sursatları üçün partladıcıların, 6 növ kiçik və iri kalibrli lülələrin, 6 növ artilleriya və tank topları üçün mərmilərin, avtomatik topun istehsalının mənimsənilməsi işləri aparılır.
Y.Camalov bildirib ki, utilizasiya mərkəzində quraşdırılmış xüsusi avadanlıq və cihazlar vasitəsilə istifadəyə yararsız bütün növ döyüş sursatlarının utilizasiyası həyata keçirilir. Ötən müddətdə 18 min 200 ədəd müdafiə təyinatlı məmulatların təmiri işləri aparılmış, 7 milyon 188 min ədəd məmulatın isə utilizasiya işləri yerinə yetirilib: "Nazirliyin fəaliyyəti dövründə tabeli müəssisələrdə 450 addan çox mülki və ikili təyinatlı məhsulların istehsalı mənimsənilmiş, mülki məhsulların yeni növlərinin yaradılması və istehsalı istiqamətində məqsədyönlü işlər davam etdirilmişdir. Görülmüş tədbirlər nəticəsində mülki məhsulların istehsal həcmi ildən-ilə artmaqdadır. Belə ki, 2006-cı illə müqayisədə 2015-ci ildə istehsal olunmuş mülki məhsulların həcmi 2,9 dəfə artıb".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər