Azərbaycanda inflyasiya 0,4 faiz təşkil edib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 14-12-2015, 14:45 | Şərh sayı: (0) | Baxılıb: 284
Azərbaycanda inflyasiya 0,4 faiz təşkil edib
2015-ci ilin noyabr ayında ərzaq məhsullarının qiymətləri 0,9 faiz bahalaşıb, qeyri-ərzaq məhsullarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymətlərində isə dəyişikliklər baş verməyib.
Trend-in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ümumilikdə istehlak məhsullarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə 0,4 faiz bahalaşıb.
Ay ərzində düyünün, unun, toyuq ətinin, kolbasa məmulatlarının, süd məhsullarının, yumurtanın, kərə və bitki yağlarının, üzümün, xiyarın, pomidorun, badımcanın, bibərin, lobyanın, kartofun, soğanın, sarımsağın qiymətlərində bahalaşma, qarabaşaq yarmasının, mal və qoyun ətinin, limonun, portağalın, naringinin, almanın, heyvanın, bananın, xurmanın, kələmin, göyərtinin, balqabağın, çuğundurun, yerkökünün qiymətlərində isə ucuzlaşma müşahidə olunub.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər