Ekspertlərdən şok PROQNOZ: “Neft 10 dollara düşə bilər” |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-01-2016, 15:43 | Şərh sayı: (0) | Baxılıb: 271
Ekspertlərdən şok PROQNOZ: “Neft 10 dollara düşə bilər”
Böyük Britaniyanın “Standard Chartered” bankı neftin gələcək qiymətləri ilə bağlı pessimist proqnoz verib.
Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, “Standard Chartered” bankı “qara qızıl” qiymətlərinin 10 dollara qədər ucuzlaşacağını gözləyir.
“Hesab edirik ki, əsas oyunçular hər şeyin çox gec olduğunu anlayan zaman neft qiymətləri 10 dollara qədər ucuzlaşmış olacaq”.
“Reuters”in məlumatına görə dünyanın bir çox bankarları (Barclays, Macquarie, Bank of America, Merill Lynch və Societe Generale) 2016-cı illə bağlı öz proqnozlarını mənfiyə doğru dəyişiblər.
Analitiklərin fikrincə, Çin iqtisadiyyatındakı ləngimə ilə yanaşı, dünya bazarlarında sutkada 1,5 milyon barel neftin artıq hasil olunması qiymətləri ucuzlaşdıran əsas amillərdir.
Bu gün neft 2004-cü ildən bəri ilk dəfə 31 dollardan aşağı düşüb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər