Azay Quliyev: "ABŞ-la Azərbaycanın əməkdaşlığı əvvəlki məcrasına qaytarılmalıdır" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-01-2016, 17:23 | Şərh sayı: (0) | Baxılıb: 285
Azay Quliyev: "ABŞ-la Azərbaycanın əməkdaşlığı əvvəlki məcrasına qaytarılmalıdır"
ABŞ prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevi Vaşinqtona 4-cü nüvə sammitinə dəvət edib. Bu dəvət ikitərəfli münasibətlərdəki soyuqluğu aradan qaldıracaqmı?
Moderator.az bu sualla müraciət etdiyi millət vəkili, QHT - lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevdən aşağıdakı cavabı alıb: "Məncə ABŞ prezidenti Barak Obama tərəfindən cənab Prezident İlham Əliyevin ABŞ-a, nüvə sammitinə dəvət olunması mühüm hadisədir. Heç kimə sirr deyil ki, hazırkı ABŞ - Azərbaycan münasibətləri heç bir tərəf üçün ürəkaçan deyil və bu dəvətin məhz belə bir kövrək vaxtda reallaşması təsadüf sayıla bilməz. Ona görə də düşünürəm ki, cənab Prezidentin bu dəvəti qəbul etməsi və tədbirdə iştirakı məqsədəmüvafiq olardı.
Hesab edirəm ki, hər iki ölkənin prezidentləri sammit çərçivəsində bir araya gəlməli, həm Azərbaycanı, həm də ABŞ - ı narahat edən məsələləri səmimi şəkildə müzakirə etməlidirlər. Bu görüş iki ölkə arasında olan soyuqluğun aradan qaldırılması üçün çox gözəl bir fürsətdir.
Gəlin qazılaşaq ki, ABŞ - la Azərbaycan arasındakı hər hansı bir gərginlik və ya qarşıdurma nə ABŞ -ın, nə də Azərbaycanın milli maraqlarına uyğun deyil. Münasibətlərin korlanmasında yalnız regionda təsir gücünü artırmaq istəyən üçüncü tərəf və işğalçı Ermənistan maraqlı ola bilər. Ona görə də ABŞ - la Azərbaycanın strateji müttəfiqliyi və əməkdaşlığı təkrar bərpa olunmalı və əvvəlki məcrasına qaytarılmalıdır. Bu baxımdan hər iki tərəf bu əməkdaşlığa xələl gətirə biləcək addımlardan çəkinməlidir.
Bilirsiniz ki, Azərbaycan bütün ölkələrlə, o cümlədən ABŞ - la qarşılıqlı hörmət və maraqlara söykənən əməkdaşlıqda həmişə maraqlı olub və bu siyasətdə hər hansı bir dəyişiklik yoxdur. Görünür, Barak Obamanın dəvəti də ABŞ - ın Azərbaycanla stateji tərəfdaşlığının qorunub saxlanmasında maraqlı olduğuna bir işarədir. Ümid edirəm ki, kris smitlərin və ken xaçikyanların ABŞ - Azərbaycan münasibətlərini zədələmək cəhdlərinə Obama - Əliyev görüşü tutarlı cavab olacaq və 25 illik əməkdaşlıq bundan sonra da davam edəcək".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər