Rusiyadan ermənilərə “tərs şillə” effektli zərbə - tanınma olmayacaq |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-01-2016, 09:25 | Şərh sayı: (0) | Baxılıb: 228
Rusiyadan ermənilərə “tərs şillə” effektli zərbə - tanınma olmayacaq
Saxta soyqırımı inkara görə cəza nəzərdə tutan qanunun qəbulu ehtimalı günbəgün azalır; Kreml ermənilərə görə Ankara ilə bütün körpüləri yandırmayacaq; azı 4 səbəb var...
Ötən il noyabrın 24-də “Su 24" təyyarəsinin vurulması ilə Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi erməni məsələsini də gündəmə gətirdi, işğalçı ölkəni sevindirdi. Xəbər verildiyi kimi, saxta ”erməni soyqırımı"nın inkarına görə məsuliyyət nəzərdə tutan qanun layihəsi Türkiyə əleyhinə siyasi şantaj aktı kimi elə həmin ay Dövlət Dumasına təqdim edilib.
Sənədin müəllifi “Ədalətli Rusiya” fraksiyasıdır. O da bəllidir k, bugünlərdə Rusiyadakı azərbaycanlı diasporun 30-a qədər tanınmış siması Dövlət Dumasının spikeri Sergey Narışkinə məktub göndərərək parlamenti həmin qanun layihəsinin müzakirəyə çıxarmaqdan çəkinməyə çağırıb. Eyni zamanda məlum olub ki, azərbaycanlı diaspor təşkilatlarının rəhbərləri məktub-müraciəti imzalayanlara təzyiqlər göstərib.
Bu arada azərbaycanlı milyarder və ictimai-siyasi xadim Fərhad Əhəmədov da spiker Narışkinə məktub yazaraq, onu saxta məsələnin inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin qəbulunu əngəlləməyə səsləyib. Məktubun virtualaz.org saytının redaksiyasına göndərilmiş surətində deyilir ki, əgər belə bir qanun layihəsi qəbul edilsə, Fərhad Əhmədov Rusiya vətəndaşlığından çıxacaq.
Bəs bu ehtimal nə dərəcədə güclüdür, sənədin Dumadan keçməsi üçün münbit siyasi zəminin yarandığını söyləmək mümkünmü?
Cavaba keçməzdən öncə bəzi yeni və qiymətli detalları qeyd etməyə dəyər. Məsələn, rusiyalı tanınmış hərbi ekspert Vladimir Yevseyev iki gün öncə erməni saytına müsahibəsində Türkiyə ilə Rusiya arasında gərginliyin hələ iki il sürəcəyini desə də, saxta etməni soyqırımını inkara görə cəza nəzərdə tutan qanun layihəsinin Dövlət Dumasından keçəcəyinə inanmadığını söyləyib. Politoloq, üstəlik, son iki ayda erməni mətbuatında Ağrıdağın (ermənilər ona “Ararat” deyir-red.) Türkiyə tərkibində qalmasını nəzərdə tutan 1921-ci il tarixli Moskva müqaviləsinin ləğvini də istisna edərək, erməniləri ikiqat məyus edib.
Öz növbəsində rus Pravoslav Kilsəsinin rəhbəri patriarx Kiril “erməni soyqırımı”nı inkar edən acılama verib. Belə ki, “Rossiya1" kanalında məşhur aparıcı Dmitri Kiselyova müsahibəsində o, Osmanlı imperiyasında olan xristian azlıqlarının məhv edilmədiyini bəyan edib və bununla da faktiki, Türkiyənin məsələdə mövqeyini müdafiə edib.
Yaxın Şərqdə xristianların vəziyyəti, xristianlar və müsəlmanlar arasındakı münasibətlərdən danışan patriarx Suriya, İraq və Yaxın Şərqin digər ölkələrində xristianların vəziyyətinin hazırda son dərəcə mürəkkəb olduğunu bildirib və qeyd edib ki, İslam dünyasında hazırkı hadisələrə bənzər proseslər tarixdə heç vaxt baş verməyib. O, nümunə olaraq Osmanlı İmperiyasını göstərib. Sitat: “Məsələn, Osmanlı imperiyasında da xristian azlıqlar olub. Amma onları heç kim məhv etməyib”. Bu, artıq erməni iddialarını əməlli-başlı inkar eləmək, qəzəbləndirməkdir.
Yada salaq ki, Rusiya Dövlət Duması 1995-ci ildə - saxta iddianın 80-ci ildönümündə Osmanlı İmperiyasında hadisələrlə bağlı ermənilərin iddialarını “soyqırım” kimi tanıyan bəyanat qəbul edib. Lakin dövlət səviyyəsində bundan uzağa gedilməyib, tanınma hüquqi normativ halına salınmayıb. İndi isə bir qrup deputat “Su-24" insidentindən və prezident Putinin məsələ ilə bağlı məlum ovqatından istifadə edərək Türkiyəyə pislik eləmək üçün belə bir təşəbbüslə çıxış edib. Ancaq bu təşəbbüsün fiasko olacağını indidən söyləmək olar. Bir neçə səbəbdən.
Əvvəla, Moskva-Ankara münasibətlərindəki gərginliyin pik nöqtəsi arxada qalıb və Türkiyənin Rusiya üçün nə dərəcədə önəmli ölkə olması qətiləşib. Bunu Moskva rəsmilərinin, ölkənin iqtisadi-energetik sferasına məsul olan yüksək çinli şəxslərin barışıq xarakterli son açıqlamalarından aydınca görmək olar.
İkincisi, belə bir sənədin qəbulu Türkiyə ilə diplomatik əlaqələrin kəsilməsi ilə yanaşı, tərəfdaş Azərbaycanla da münasibətlərin pisləşməsinə gətirərdi ki, hazırda bu, Kremlə lazım deyil.
Üçüncüsü, “Ədalətli Rusiya” Dövlət Dumasında həlledici səs üstünlüyünə malik deyil. Bu qəbildən qanun layihələrinin qəbulu üçünsə çoxluqda olan iqtidar fraksiyasının - “Vahid Rusiya”çıların dəstəyi mütləqdir. Aydın məsələdir ki, “Vahid Rusiya” lazım gəlsəydi, özü belə bir təşəbbüslə çıxış edirdi. Etməyibsə, demək, buna Kremldə lüzum görməyiblər.
Nəhayət, dördüncüsü, ictimai rəy deyilən amil də var və o da artıq ermənilərin əleyhinədir. Hər necə olmasa, QMİ sədri Hacı Allahşükür Paşazadə ilə də isti münasibətlərdə olan patriarx Kiril Rusiya cəmiyyətində sanballı nüfuza və sözə malikdir və onun mövqeyi ciddiyə alınmaya bilməz. Eləcə də ölkənin ekspert dairələri belə bir sənədi mümkün və ölkəyə faydalı saymırlar.
Bir sözlə, Rusiya ermənilərə görə Türkiyə ilə körpüləri yandırmayacaq. Bunu indi əminliklə söyləməklə yanaşı, həmişə Türkiyəyə qarşı maşa rolu oynamağa razı olmuş ermənilərə “tərs sillə” də hesab eləmək olar.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər