Sığınacaq vermək |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 21-09-2015, 22:42 | Şərh sayı: (0) | Baxılıb: 408
Sığınacaq vermək
Sığınacaq
686.Allahın Peyğəmbəri (s):«Səndən öz canı üçün pənah və sığınacaq istəyəni öldürmə.»
687.Allahın Peyğəmbəri (s):«Mən birinin canına pənah və sığınacaq verib sonra onu öldürən kəsdən uzaq və bizaram, hətta əgər öldürülən kafir olsa belə.»
202.Əhd-peymana vəfa etmək
688.İmam Əli (ə):«Əhd-peymanların mıxlarını möhkəm edin.»
689.İmam Əli (ə) Malik Əştərlə olan əhdnaməsində buyurmuşdur:«Əgər düşməninlə əhd-peyman bağlasan və ya ona pənah və aman libası geydirsən, əhdinə vəfa et və verdiyin pənah ilə peymanına riayət et, özünü verdiyin pənah və sığınacağa sipər et. Çünki insanlar ziddiyyətli istəklər və fikir ayrılığına malik olmalarına baxmayaraq, Allahın vacib buyurduqları içərisində əhdə vəfalı olmağı uca tutmaq kimi heç nə barəsində tam yekdil deyildirlər.»
203.Əhd-peyman və pənahlara hörmətlə yanaşmaq
690.Allahın Peyğəmbəri (s):«Mənim ümmətimin ən aşağı məqam sahibi onların hamısı tərəfindən pənah və sığınacaq verə bilər.»
691.Allahın Peyğəmbəri (s):«Müsəlmanlar qardaşdırlar, qanları bərabərdir, onların ən aşağı məqama malik olanı pənah verə bilər. Onlar yadlar qarşısında əlbir və müttəfiqdirlər.»
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər