DİN cərimələri yoxlayan sistemdəki problemə münasibət bildirib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-01-2016, 18:35 | Şərh sayı: (0) | Baxılıb: 236
DİN cərimələri yoxlayan sistemdəki problemə münasibət bildirib
Daxili İşlər Nazirliyi sürücü cərimələri yoxlayan sistemin deaktiv olması barədə mətbuatda yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, DİN-in saytında sürücü cərimələri yoxlayan sistemin deaktiv olması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil: “Əslində Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən qabaqcadan təsdiq edilmiş plana uyğun olaraq Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminin texniki təminatı daha müasir və qabaqcıl texnologiyalar əsasında hazırlanmış yeni proqram təminatına keçirilib. Həmin keçid zamanı bəzi texniki nasazlıqlar yaranıb ki, artıq onlar tam şəkildə aradan qaldırılıb. Hazırda mərkəzi informasiya sistemi həmişə olduğu kimi normal fəaliyyət göstərir”.
Qeyd edək ki, bəzi KİV-də Daxili İşlər Nazirliyinin saytında sürücü cərimələri yoxlayan sistemin "çökməsi" barədə məlumatlar yayılıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər