ABŞ-ın prezidentliyə namizədi Tramp Parisi Almaniyada bilirmiş… |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-01-2016, 23:18 | Şərh sayı: (0) | Baxılıb: 270
ABŞ-ın prezidentliyə namizədi Tramp Parisi Almaniyada bilirmiş…
ABŞ-da prezident seçkilərində ən reytinqli namizədlərdən biri olan respublikaçı namizəd Donald Trump twitter hesabında yazdığı sözlə yenə mübahisə yaradıb.
Fransada yaşanan bir hadisə ilə bağlı twitterdə şərh yazan milyarder iş adamı haqqında "Parisi Almaniyada bilir" şərhləri yazılıb.
Belə ki, Fransanın paytaxtı Parisdə, ötən gün üzərində bomba qurğusu olduğundan şübhəli bilinən bir adam polis idarəsinə girməyə çalışarkən öldürülmüşdü. Öldürülən adamın üzərindəki bombanın saxta olduğu ortaya çıxmış, hadisə, "potensial terror hücumu" olaraq qiymətləndirilmişdi.
Fransada yaşananları eşidən milyarder namizəd Donald Trump isə twitter hesabında bunu şərh edərək belə yazıb: “Parisdə polis idarəsinin içində bir nəfər vuruldu. Terror təhlükəsinin ən yüksək səviyyədə olduğu bildirildi. Almaniya tam bir xaos - böyük cinayət. Ağıllı olun!”.
Bu tweetin ardından bütün sosial media tam mənasıyla Trampa hücuma keçib. Şərhlər baxsaq, hər kəs ABŞ-a prezident olmağa namizəd bir adamın, Avropanın ən əhəmiyyətli paytaxtlarından olan Parisin harada olduğunu bilməməsi qarşısında böyük çaşqınlıq yaşayıb.
Sosial media istifadəçilərin ən çox yazdığı şərhlərdən biri də "Kimsə Donald Trumpa xəritə alsın" olub.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər