Beynəlxalq terror yoxdur? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 21-11-2015, 16:51 | Şərh sayı: (0) | Baxılıb: 316
Beynəlxalq terror yoxdur?
Tanınmış Rusiya artisti Mixail Zadornovun maraqlı bir atmacası var idi: "ABŞ tərəfdən baş terrorçu vəzifəsinə "təyin edilmiş" Üsamə ben Laden.." Onun satirik dillə ifadə etdiyi iddiaya görə Üsamə ben Laden süni olaraq yaradılmış beynəlxalq terrorçu obrazı idi. Əslində isə terror adlandırılan hər şeyi başqa ölkələrə müdaxiləyə bəhanə qazanmaq üçün ABŞ özü təşkil edirdi.
Bu, yeni iddia deyil. Bu barədə hələ 11 sentyabr hadisələrindən sonra çox yazıldı, kitablar nəşr olundu, filmlər çəkildi. Lakin hazırda mətbuatda dolaşan yeni iddialara görə, hadisələr təkcə 11 sentyabr ilə məhdudlaşmayıb. Dünya ictimaiyyətini mütəmadi olaraq qorxuda saxlayan bütün beynəlxalq terror aktları Qərb dövlətlərinin xüsusi xidmət orqanları tərəfindən hazırlanır və "Beynəlxalq terror" isə ÜMUMƏN YOXDUR!
Bu iddiaları irəli sürən, əsasən elə qərb jurnalistlərinin bildirdiyinə görə mütəmadi olaraq hansısa qüvvənin "terrorçu" obrazı yaradılır ki, bu istiqamətdə dövlətin apardığı siyasət ictimai dəstək qazansın.
Bu iddianın nə qədər həqiqi olduğunu demək mümkün olmasa da, müəlliflərinin irəli sürdüyü metodikaya əsasən həqiqətən sual doğuran çoxlu məqamlar var.
Məsələn, noyabrın 13-də Fransada törədilən terror aktından bir neçə gün ötmüş artıq xüsusi xidmət orqanları qürurla hesabat verdilər: təşkilatçılar məhv edildi. Parisin Sen-Deni səmtində polisin həyata keçirdiyi əməliyyat zamanı kamikadze-qadın Həsna Eytbulaşe belinə bağladığı "şəhid qurşağı"nı işə salıb.Lakin elə səhəri gün "Həsna heç zaman radikal dindar olmamışdı. O, heç zaman Quran oxumurdu, namaz qılmırdı. Spirtli içkilər içirdi, siqaret çəkirdi, diskotekalar və barlara gedirdi. Onun çoxlu sevgililəri də vardı. Bir sözlə, içirdi, çəkirdi, gəzirdi", - deyə Həsna Əyt Eytbulaşenin qohumları söyləyiblər. Polisdən verilən məlumata görə, Həsna Sen-Denidəki mənzildə özünü partlatmazdan əvvəl "Kömək edin! Ölmək istəmirəm!" qışqırıb.
Paris terror aktının təşkilatçılarından digəri kimi təqdim olunan Salah Əbdüsalamın isə partlayışdan bir neçə gün öncə Brüssel gey-klublarının qonağı olduğu məlum olub.Maraqlıdır, deyilmi? Elə bu faktlar və buna bənzər faktların daha öncə müxtəlif ölkələrdə törədilən aktları müşayiət etməsi həmin tədqiqatçıları müəyyən fərziyyələri irəli sürməyə əsas verib.
Məsələn, dünyaca məşhur amerikalı iş adamı və milyarder Nelson Rokfeller A.Russo adlı jurnalistlə söhbəti əsnasında bəyan edib ki, “Terrorçular yoxdur! Bütün dünya beynəlxalq terrorçuluqla mübarizə aparacaq, o isə yoxdur...”. Bu söhbəti ictimailəşdirən jurnalist isə cəmi 1 aydan sonra dünyasını dəyişib. Rokfellerin iddiasına gətirdiyi sübut da maraqlıdır: “11 sentyabr terrorunu bizim xüsusi xidmətlər törətdilər.”
Fransanın peyğəmbəri (s) təhqir etməklə dünya müsəlmanlarının nifrətini qazanan “Charlie Hebdo” jurnalının redaksiyasına təşkil edilən hücum da müəyyən suallar doğurur. Məsələn, Fransa prezidenti Fransua Ollandın hadisədən cəmi bir neçə dəqiqə sonra hadisə yerinə gəlməsi. Halbuki, polis hələ təhlükənin hansı səviyyədə olmasını və hücum edənlərin harada gizləndiklərini müəyyən etməmişdi.Təhlükəsizlik xidməti qanunlarına görə, prezident yalnız bir halda ora buraxıla bilərdi: əgər xüsusi xidmətin əlində orda heç bir təhlükənin olmadığı haqda dəqiq məlumat olmasaydı. Eyni zamanda sonradan öldürülən və terrorçu kimi təqdim edilənlərin guya qaçdıqları avtomobildə pasportlarını unutmaları. Yeri gəlmişkən, noyabrın 13-də törədilən terrorun təşkilatçıları kimi qələmə verilənlər də məhz terrorun baş verdiyi yerdə eyni “unutqanlığı” nümayiş etdirdilər. Bundan əvvəl isə 11 sentyabrda, partlayan təyyarənin və içində olan hər şeyin büsbütün yanmasına baxmayaraq hadisə yerindən yalnız ərəb terrorçusunun pasportunun "salamat" tapılması da maraqlıdır.
"Təyin olunan" terror nəzəriyyəsi tərəfdarlarının iddiasına görə bu gün əsas hədəf olaraq məhz müsəlman dünyası seçilib və buna görə də mətbautda təqdim olunan bütün "terrorçular" müsəlmandır. (Burda bir faktı da qeyd edək ki, rəsmi rəqəmlərə görə Avropada dini zəmində baş verən cinayətlərin yalnız 3-4%-ni müsəlmanlar törədir, lakin mətbuatda yalnız bu hallar işıqlandırıldığı üçün "müsəlman dözümsüzlüyü" stereotipi yaranır)
Ümumiyyətlə isə söz açılan “təsadüflər” və müəmmalar kifayət qədərdir. Bir daha təkrar edək ki, bu iddiaların nə dərəcədə doğru olmasını söyləmək çətindir. Amma heç olmasa bir qismi doğru olsa belə, bəşəriyyətin gələcəyinə görə həyəcan təbili çalmağına dəyər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər