1 dollar 3-5 manat ola bilər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 21-12-2015, 15:42 | Şərh sayı: (0) | Baxılıb: 492
1 dollar 3-5 manat ola bilər
Azərbaycanın üzən məzənnəyə keçməsi dünya valyuta bazarında gedən proseslərdən irəli gələn məcburi tədbirdir. Bizim indi gördüyümüz - bu, manatın real məzənnəsidir.
Milli.Az bildirir ki, bu barədə Trend-ə ekspert Oqtay Haqverdiyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankının (AMB) hazırkı addımını manatın real qiymətinə tərəf hərəkətin başlaması kimi qiymətləndirmək olar.
"Güman edirəm ki, dolların bahalaşması prosesi 2016-cı il ərzində də axarlı şəkildə davam edəcək. Mənim ekspert qiymətləndirmələrimə görə, dolların real məzənnəsi 3 manatdan 5 manatadək təşkil edə bilər", - deyə Haqverdiyev bildirib.
Ekspert AMB-nin bu addımını məcburi adlandırıb.
"Əgər dünya valyuta bazarında baş verən proseslər olmasa idi, heç nəyi dəyişmək lazım gəlməzdi. Lakin Azərbaycan xarici ticarətini dollarla apardığı üçün bu addım məcburi şəkildə atılıb", - Haqverdiyev bildirib.
Onun sözlərinə görə, üzən məzənnəyə keçidin məqsədi AMB-nin ehtiyatlarının bərpası deyil.
"Ehtiyatlar onun üçün yaradılır ki, belə fors-major hallarda vəziyyətdən çıxmağa imkan versin. Lakin iqtisadi elm baxımından istənilən milli valyuta buraxılmalıdır. Onun real qiymətini valyuta bazarında tələb və təklif prinsipi müəyyənləşdirməlidir. Belə vəziyyətdə iqtisadiyyat da ahəngdar inkişaf edir", - deyə ekspert bildirib.
Haqverdiyevin sözlərinə görə, indi Azərbaycanın qarşısında dayanan 1-ci dərəcəli vəzifə qeyri-neft sektorunun inkişafıdır.
"İxracımızın 93%-dən çoxunu neft və neft məhsulları təşkil edir. Müasir elmtutumlu istehsalat sahələrini inkişaf etdirmək, nanotexnologiyaları mənimsəmək lazımdır. Elə məhsul seçmək və istehsal etmək lazımdır ki, o, dünya bazarında yerini tutsun və rəqabətqabiliyyətli olsun", - o qeyd edib.
Xatırladaq ki, dekabrın 21-dən Azərbaycan Mərkəzi Bankı üzən məzənnəyə keçib və nəticədə milli valyuta olan manat təxminən 50% ucuzlaşıb.
Bu gün ABŞ dolları və avronun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi müvafiq olaraq, 1,55 və 1,6850 manat təşkil edir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər