Sığorta ödənişini almaq asanlaşacaq |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-12-2015, 20:34 | Şərh sayı: (0) | Baxılıb: 264
Sığorta ödənişini almaq asanlaşacaq
Azərbaycanda yol-nəqliyyat hadisələri zamanı sığorta hallarının birbaşa tənzimlənməsi tətbiq ediləcək.
Trend-in məlumatına görə, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "İcbari sığortalar haqqında" qanuna müvafiq dəyişikliklər müzakirə edilib.
İclasda çıxış edən Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov deyib ki, birbaşa tənzimlənmə yalnız avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasını əhatə edir: "Hazırda yol-nəqliyyat hadisələri zamanı zərər görmüş tərəf kompensasiya almaq üçün müştərisinin qəzanın səbəbkarı olduğu sığorta şirkətinə müraciət etməlidir. Biz təklif edirik ki, qəza zamanı zərər görmüş tərəf öz sığorta şirkətinə ödəniş üçün müraciət edə bilsin".
Onun sözlərinə görə, bu üsulun üstünlüyü ondan ibarətdir ki, sığorta olunan məsuliyyət sığortası zamanı yol qəzasında ödənişin alınması üçün əvvəlcədən kimə müraciət edəcəyini bilir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər