Suriya müxalifəti Ali Komitə yaradıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-12-2015, 09:17 | Şərh sayı: (0) | Baxılıb: 251
Suriya müxalifəti Ali Komitə yaradıb
Suriyada hökumət əleyhinə çıxış edən qüvvələrin nümayəndələrinin iştirakı ilə Səudiyyə Ərəbistanın paytaxtı Ər Riyadda keçirilən konfransın yekununda Danışıqlar üzrə Ali Komitə yaradılıb.
Bu barədə "The Washington Post" məlumat yayıb.
Məlumata görə, quruma 32 nəfər daxil olub, onlardan 10-u silahlı qruplaşmaları, 9-u İstanbulda fəaliyyət göstərən Müxalifət və İnqilabi Qüvvələrin Milli Koalisiyasını təmsil edir. Daha 8 nəfər müstəqil xadimdir, 5 nəfər isə Milli Koordinasiya Komitəsini təmsil edir.
Qeyd edək ki, Danışıqlar üzrə Ali Komitənin tərkibinə həmçinin silahlı qruplaşmalardan cənub və şimal cəbhələrdə vuruşan dəstələrin nümayəndələri, "Əhrar Əş-Şam" və "Ceyş Əl-İslam" radikal silahlı qruplaşmalardan isə müvafiq olaraq hər birindən bir nümayəndə daxil edilib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər