Hitlerin müəlliflik hüququnun vaxtı bitdi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-01-2016, 11:19 | Şərh sayı: (0) | Baxılıb: 282
Hitlerin müəlliflik hüququnun vaxtı bitdi
70 ildən sonra Adolf Hitlerin "Mənim mübarizəm" kitabı Almaniyada ilk dəfə olaraq satışa çıxarıla bilər.
Bu ayrı-seçkilik yaradan kitabın çapına II Dünya Müharibəsindən sonra Bavariyanın regional hökuməti qadağa qoyub.
Lakin indi kitaba qoyulmuş qadağanın zamanı başa çatıb və Münhendəki Müasir Tarix İnstitutu gələn həftə kitabın ilk nəşrinə başlayacaq. Kitabın başqa dillərdə də çap ediləcəyi gözlənilir.
Minlərlə akademik qeydiyyatla dolu olan kitabın çapının məqsədi onun "güclü və ya şirnikləndirici" deyil, əksinə, "əlaqəsiz və pis yazıldığını göstərmək üçündür". Tarixçilər deyirlər ki, kitab nasizm dövründə baş verənləri anlamağa yardım edəcək.
Bir çox yəhudi qrupları da kitabın belə tənqidi çapını dəstəkləyib, onlara görə, bu, Holokostun daha yaxşı izahına yardım edəcək, BBC müxbiri Damien McGuinness Berlindən bildirib.
"Mənim mübarizəm" ilk dəfə 1925-ci ildə, Hitlerin hakimiyyətə gəlməsindən 8 il öncə nəşr edilib.
1945-ci ildə nasist Almaniyasının məğlubiyyətindən sonra kitab Bavariya hökümətinə verilib.
Yerli hökümət kitabın nifrət yaydığını deyərək onun çoxaldılmasına qarşı olub. Hərçənd kitabın müharibə dövründə çap olunmuş nəşrləri əlçatan idi.
Almaniya qanunlarına görə, müəlliflik hüququ 70 il davam edir. Bu il isə bu dövr başa çatdığından kitab ictimaiyətə və naşirlərə açıq elan edilib.
BBC
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər