Bu ölkədə son 9 ayda 747 uşaq öldürülüb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 1-01-2016, 19:19 | Şərh sayı: (0) | Baxılıb: 263
Bu ölkədə son 9 ayda 747 uşaq öldürülüb
Yəməndə martın 26-dan bu günə qədər davam edən daxili müharibələr səbəbindən 747 uşaq həyatını itirib, 1108 uşaq isə yaralanıb.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə UNİCEF-in yayımladığı hesabatda qeyd edilib.
Hesabatda 748 uşağın müxtəlif silahlı qruplaşmaların tərkibində döyüşdüyü, 189 uşağın isə müxtəlif qruplaşmalar tərəfindən qaçırıldığı qeyd edilib.
Həmçinin bildirilib ki, sözügedən dönəmdə 60 məktəb və 60 xəstəxana hərbi münaqişələr zamanı dağıdılıb.
Xatırladaq ki, martın 26-da Səudiyyə Ərəbistanının başçılığı altında koalisiya qüvvələri Yəməndəki husi üsyanını dayandırmaq üçün əməliyyatlara başlamışdı. O gündən etibarən ölkədə qeyri-sabitlik hökm sürür.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər