Bu uşağın anasına hər kəs nifrət yağdıracaq |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 15-12-2015, 16:40 | Şərh sayı: (0) | Baxılıb: 341
Bu uşağın anasına hər kəs nifrət yağdıracaq
Mingəçevir şəhərində gənc qadın körpə qız övladını parkda müvəqqəti saxlamaq bəhanəsi ilə tanımadığı başqa bir qadına verərək qaçıb.
APA-nın xəbərinə görə, həmin qadın iki yaşlı qızı bir-iki saat ərzində saxlayıb və anasının qayıtmadığını görüb, uşağı Mingəçevir Şəhər Polis Şöbəsinə təhvil verib. Polis əməkdaşları isə Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndələri ilə birgə uşağı Mingəçevir Uşaq Nevroloji Sanatoriyasına yerləşdiriblər.
Sanatoriyanın baş həkimi Fəxrəntac Hüseynova APA-ya bildirib ki, təxminən 2 yaşı olan bu uşağın sənədi olmadığına görə onun adı, soyadı, valideynlərinin kimliyi və yaşı da məlum deyil: "Biz ona Mələk adı ilə sənəd açdıq. Bu uşağı gətirən qadının adı Binnətova Gülbahar Novruz qızıdır. Uşağı müayinə etdik, yəni onun səhhətində heç bir xəstəlik müşahidə olunmadı, sağ-salamatdır. Uşağı Polis Şöbəsinə təhvil verən Gülbahar Binnətovanın dediyinə görə, o uşağın anası ilə parkda görüşüb. Uşağın anası olan tanımadığı gənc qadın Gülbahar Binnətovaya bildirib ki, o, Mingəçevirdə kirayə evdə yaşayır və indi başqa mənzilə köçür, amma uşaq evi yığışdırmağa imkan vermir. Ana Gülbahardan uşağına bir-iki saat ərzində baxmağı xahiş edib və işini qurtarandan sonra gəlib onu götürəcəyini deyib. Amma xeyli vaxt keçməsinə baxmayaraq uşağın valideyndən bir xəbər yoxdur. Artıq 20 gündür ki, uşaq anasının yolunu gözləyir, hər gün "ana", "nənə" deyərək ağlayır".
Hazırda Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən azyaşlının valideyninin tapılması üçün araşdırma aparılır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər