10 milyon uşağın yardıma ehtiyacı var |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 3-10-2015, 11:50 | Şərh sayı: (1) | Baxılıb: 423
10 milyon uşağın yardıma ehtiyacı var
BMT-nin Uşaqlara Yardım Fondu (UNİCEF) Yəməndə mart ayından bu günə qədər davam edən münaqişələrdən əziyyət çəkən 10 milyon uşağın təcili yardıma ehtiyacı olduğunu açıqlayıb.
Report xarici mətbuata istinadən xəbər verir ki, bu barədə UNİCEF-in rəsmisi Kristof Bulirak BMT-nin Cenevrədəki ofisində keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, fasiləsiz davam edən toqquşmalarda 6 ayda azı 505 uşaq ölüb, 702-si yaralanıb: "1-5 yaşında olan yarım milyondan çox uşaq aclıq təhlükəsi ilə üz-üzə qalıb. Təxminən 10 milyon uşağın isə yardıma ehtiyacı var".
Ölkədəki humanitar vəziyyətin hər keçən gün pisə doğru dəyişdiyini deyən UNİCEF rəsmisi əlavə edib ki, 20 milyondan çox insan təmiz içməli su tapmaqda çətinlik çəkir.
BMT-nin İnsan Haqları Üzrə Ali Komissarlığının yaydığı son statistikaya görə, ölkədə davam edən toqquşmalarda 2 355 vətəndaş həyatını itirib, 4 862 nəfər isə yaralanıb.
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər